15 C
Baku
Friday, April 26, 2024

Backend Proqramçı – Express Bank ASC

Expressbank

“Expressbank” ASC strateji baxışı və maliyyə göstərəciləri ilə ölkədə geniş satış şəbəkəsinə malik aparıcı banklardan biridir.

Şəffaflıq, innovativlik, sürətlilik, etibarlılıq və rahatlıq dəyərləri üzərində bank fəaliyyətini quran Expressbank müştərilərə peşəkar işçi heyəti ilə geniş bank xidmətlərini təqdim edir.

Stabil inkişaf edən maliyyə göstəriciləri əsasında Fitch Ratings beynəlxalq reytinq agentliyi tərəfindən Expressbank-a “B” səviyyəli “stabil” proqnozu təqdim edilib. Bu reytinq ölkə bankları sırasında ən yüksək nəticələrdən biri hesab edilir.

İşçi sayı 700-ə yaxın olan və ölkə üzrə 16 filialdan ibarət  Expressbank daim peşəkar inkişafı hazır olan əməkdaşlar axtarışındadır.

Backend Proqramçı

“Expressbank” Digital bankçılıq şöbəsinə  mobil və  veb əlavələr üzrə Backend Proqramçı vakansiyası elan edir. Əqər siz öz gücünüzə əminsinizsə, sağlam perfeksionizmə və mühüm təcrübəyə maliksinizsə, bizə bu haqda məlumat verməyin tam vaxtıdır.

Biz sizdən nə gözləyirik:

2 ildən artıq iş təcrübəsi
Komandada işləmə, tənqidlərə adekvat yanaşma və öz nəzər nöqtəsini çatdırma bacarığları.
Java EE, SQL, PL/SQL, Git üzrə yaxşı bilik və  iş təcrübəsi
API (REST, SOAP) üzrə işləmə bacarığı
Spring ilə  iş təcrübəsi
Frontend Proqramlaşdırmanın iş prinsipi anlayışı
Azərbaycan və Rus dilini yüksək səviyyədə bilmək
Test tapşırıqlarını yüksək səviyyədə yerinə yetirmək

Əlavə qazanılacaq üstünlüklər:

Frontend Proqramlaşdırma üzrə təcrübə
ORM ilə iş təcrübəsi
Mikroservislər ilə iş təcrübəsi
İnqilis dili təcrübəsi

Biz sizə nələr təklif edirik:

Azərbaycanın aparıcı banklarının birində iş
AR Əmək Məcəlləsinə uyğun əmək müqaviləsi
Stabil əmək haqqı.
Əmək haqqı müsahibə nəticələrinə görə fərdi olaraq müzakirə edilir
Professional və maddi inkişaf perspektivləri

Maraqlanan şəxslər https://www.expressbank.az/aboutus/vacancies.html linki ilə mövcud olan vakansiyalarla  tanış olaraq, CV-lərini [email protected] email ünvanına mövzuda Jobsearch – Vakansiyanın adını qeyd etməklə göndərə bilərlər.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər