Baffet kimi investisiya et

Müəllif: Coşua Roberts
Mənbə: Forbes

Korporativ qalmaqallar, muzdlu menecerlərin korrupsiyası, investisiya bankirlərinin tamahkarlığı: Əgər ətrafda xidmət və məhsullarından yararlandığınız xırda kompaniyalar vardırsa, onda çətin idarə olunan kompaniyalara investisiya etməyə nə gərək var ki? 

“Omahalı Kahin” adı ilə tanınan ən məşhur investisiyaçının ən məşhur sitatlarından birində belə deyilir: “Sənə aydın olmayan bir işə, heç vaxt pul yatırma”. Berkshire Hathaway fondunun ilk investisiyalarından birinə diqqət yetirin. 1972-ci ildə Baffet $25 milyon dollar məbləği həmin dövrdə Kaliforniyada yalnız şokolad həvəskarlarının tanıdığı See’s Candies şirniyyat dükanları şəbəkəsinə investisiya edir. 1983-cu ildə isə o, demək olar ki, Omaha sərhədləri xaricində heç bir kəsin tanımadığı Nebraska Furniture Martkompaniyasının səhmlərinin 90%-ni almaqdan ötrü $60 milyon dollar ödəyir. Amma qeyd edək ki, kompaniyanın illik mənfəəti  $15 milyon dollar idi. 1989-cu ildə Baffet elə həmin, yəni Furniture Martı satan ailənin üzvlərindən Borsheims zərgərlik biznesini alır. Borsheims də həmçinin Omaha sərhədlərindən kənarda demək olar ki, heç kəs tərəfindən tanınmırdı, amma Berkshire-in illik hesabatına əsasən 1990-cı ildə şirkət məhsul satışlarında yalnız Tiffany&Co-dan geri qalırdı.

Əgər fond bazarı sizin ürəyinizi bulandırsa –qalmaqallar, treyder alqoritmlərinin avtomatikliyi, qeyri etik əməllər, qeyri stabillik və bu kimi digər nüanslar sizi tükəndirirsə – öz pullarınızı evinizə yaxın bir işə yatırmağa cəhd edin. Yerli kompaniyalar alın, -siz onların fəaliyyətindən baş aça bilərsiniz, onlar elə məsul istehsal edir ki, siz onunla ticarət edə bilərsiniz və ya hətta siz özünüz də onların xidmətlərinin istifadəçisisiniz.

İstənilən investisiyalar risk və mənfəət əldə edilməsi ilə bağlıdır. Yerli investisiya etmənin nə dərəcədə ağıllı fikir olması sizin riskləri idarəetmə qabiliyyətinizdən asılıdır. Siz pul qoyduğunuz biznesin sahiblərini, işlərinə yatırım etdiyiniz insanları tanıyacaqsınız. Siz onlar ilə rahat kontakt quracaq və gərəkdiyi təqdirdə onların hesabatları ilə tanış ola biləcəksiniz. Bu xüsusən vacibdir, çünki sizin maraqlarınızın müdafiəsi onların şəxsən vicdanından və dürüstlüyündən asılı olacaqdır.

Baffet Omahada Roza Blyumkinin «Missis Bi» mebel dükanına 60 milyon dollar qoyana qədər həmin qadını yaxından tanıma və onun işgüzar məharətinə heyran olmağa bir neçə il vaxt sərf etmişdir. O, xanımın biznesini almaq məqsədi ilə bir neçə təklif irəli sürmüş, amma hər dəfə rəd cavabı almışdır. Nəhayət 1983-cü ildə Missis Bi ona güzəştə getməli olmuşdur. Baffetin bioqrafiyasının müəllifi Rocer Levenşteynin sözlərinə görə, kompaniyanın alınması zamanı tərtib olunan müqavilə cəmi bir səhifədən ibarət idi. Nə mühasibat hesablarının nə də inventarizasiyanın rəsmi auditi yox idi.

Levenşteyn hadisəni belə nəql edir, Missis Bi investordan aldığı çeki qatlayaraq, cibinə qoyur, daha sonra onun üzünə baxıb deyir: «Mister Baffet əmin olun, -o deyir, biz bütün rəqiblərimizi ət maşınından keçirəcəyik».  Həqiqətən də, Missis Bi və onun oğlu rəqiblərlə belə rəftar edir.

Əlbəttə ki, siz heç də Berkshire Hathaway miqyasında investisiya etməyiniz  məcburi deyil.

Məsələn, mənim müştərilərimdən biri kollec zamanı onun otaq-yoldaşı olmuş dostu tərəfindən əsası qoyulan balaca hüquq firmasına 24 min dollar məbləğində kredit verib. Həmçinin bu dostu müştərimin toyu zamanı onun sürücüsü də olub. Bu hüquqşünasın praktikası nəticəsi təxmin edilən qeyri-ştat hadisələrdən ibarətdir. Amma işlər tam həll edilməyənə qədər gəlir gətirmir. Kredit isə müştərimə illik 8% və üstəgəl vəkilin hər imzaladığı sazişə görə aldığı məbləğin 3-də birinin 10%-i gəlir gətirir. Hətta mənim müştərimin dostu o qədər çox məhkəmə işini udmasa belə, bu tip investisiya aşağı faizlə korporasiya obliqasiyalarından daha çox xeyir gətirir. Amma hüquqşünas heç olmasa on dənə iş udarsa, onda müştərimin gəlirləri əməlli başlı artacaq.

Altı ay əvvəl üç ədəd at sahibi olan digər bir xanım müştərim onun dostuna aid olan firmaya 25 min dollar vəsait qoyur. Dostu ABŞ-dakı at sahiblərinə artıq Avropa və Yaponiyada məşhur olan at yemi satmaq istəyir. Mənim xanım müştərim kompaniyanın ilk xarici tərəfdaşı (investoru) olur və həmçinin biznesdə 7% pay əldə edir (müştərim rəqiblərdən çəkindiyi üçün söhbətin konkret hansı məhsuldan getdiyini açıqlamadı).

Hal-hazırda şəriklər əlavə avadanlıq alır və anbar məkanlarını icarəyə götürürlər. Müəssisə hələ ki divident gətirmir, lakin mənim müştərim yem formasında özünəməxsus divident əldə edir, belə ki, şirkət ilkin mərhələdə edilən investisiyaya görə minnətdarlıq əlaməti olaraq, müştərimi öz atlarını yemləmək üçün pulsuz məhsullar ilə təmin edir. Bu isə müştərimi ildə $ 4 min dollar civarında əlavə xərclərdən xilas edir.

Bu əhvalatları birjada qeydiyyatdan keçmiş kompaniyalara edilən investisiyalar ilə müqayisə edin, ola bilsin ki, siz onların ofisini belə heç vaxt ziyarət etməyəcəksiniz. Siz nə kompaniyanın rəhbərini, nə də digər rəhbər işçiləri şəxsən tanımırsınız.

Bələ də siz onların biznes-planı ilə tanış olmaq üçün imkan əldə etdiniz. Bu zaman sizin onların maliyyə durumunu, nə qədər yaxşı çalışdığını və öz planlarını yerinə yetirməyə nə qədər qadir olduğunu şəxsən öyrənmək şansı əldə edəcəksiniz. Amma çətin ki bu baş verə.

Şübhəsiz ki,  siz dost və ya qohumlara pul verərkən riskə məruz qalırsınız. Amma nəsə düz getməsə sizin müxtəlif cür hərəkət etmək şansınız vardır. Eyni zamanda siz həmişə özünüzə belə bir sual verə bilərsiniz: Mən öz dostumu və ya tanışımı nə dərəcədə yaxşı tanıyıram? Onsuz da siz bu insana nə dərəcədə etibar etdiyinizi və ya onun nə dərəcədə dürüst biri olduğunu müəyyən etməyə kifayət qədər uzun müddət sərf edibsiniz. Siz onu neçə ay və ya il müddətində nə etdiyini müşahidə edirdiniz? Sizin dostunuzun biznesinin nə dərəcədə ədalətlə idarə edildiyi barədə və onun işgüzar məharəti haqqında digər insanların da fikrini ala bilərsiniz. Əgər həmin insanın öz biznes planını necə yerinə yetirməsi ilə bağlı suallarınız və şübhələriniz varsa, bunu ondan şəxsən soruşmaq imkanınız olacaq. Hətta ən yaxşı Uol-Stritt analitiklərinin belə açıq səhmdar cəmiyyətlərin idarə heyətinin üzvlərini qiymətləndirmək üçün belə imkanları yoxdur.

📝 RƏY BİLDİR