14 C
Baku
Thursday, March 28, 2024

Bağlanan 4 bankın əmanətləri ilə bağlı aparılan auditin nəticələr MM-ə göndərilib

Ləğv prosesində olan “Gəncəbank”, “Parabank”, “Bank Technique” və “RoyalBank”ın əmanətçilərinə kompensasiya ödənişləri üzrə Əmanətlərin Sığortalanması Fondunda aparılmış audit tədbirlərinin nəticələri müzakirə edilib.

Banker.az xəbər verir ki, Hesablama Palatasının Kollegiya iclasında həyata keçirilmiş nəzarət tədbirləri üzrə Hesabatlar müzakirəsində bu baş tutub.

Bura həmçinin “Azərsu” ASC-nin maliyyə-təsərrüfat fəaliyyətinə dair audit tədbirləri də daxil edilib.

İclasda hər bir nəzarət tədbiri üzrə Kollegiya qərarının layihəsi müzakirə edilərək təsdiq olunmuşdur. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunması qərara alınmışdır.

Kollegiyada, həmçinin, aparılmış audit tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilmiş, Hesablama Palatasının İş planında nəzərdə tutulmuş nəzarət tədbirləri ilə bağlı proqramlar təsdiq olunmuş, müvafiq qərarlar qəbul edilmişdir.

Son xəbərlər
Digər xəbərlər