21 C
Baku
Thursday, April 25, 2024

Bağlanan 4 bankın qorunan əmanətçilərinə 25 mln. manatdan artıq kompensasiya ödənilib

1 avqust 2016-cı il tarixdən etibarən Əmanətlərin Sığortalanması Fondu “Dekabank” ASC, “Kredobank” ASC, “Parabank” ASC və “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə kompensasiya ödənişinə başlayıb.

Avqustun 8-də “Parabank”ın qorunan əmanətçilərinə 10,6 mln. manat, “Zaminbank”ın qorunan əmanətçilərinə 10,5 mln. manat, “Kredobank”ın qorunan əmanətçilərinə 2,7 mln. manat və “Dekabank”ın qorunan əmanətçilərinə isə 1,5 mln. manatdan artıq kompensasiya ödənilib. Ümumilikdə 4 bank üzrə 25,3 mln. manatdan artıq kompensasiya ödənilib.

Qeyd edək ki, 25 iyul 2016-cı il tarixdə sığorta hadisəsi baş vermiş “Dekabank”, “Kredobank” və “Zaminbank”ın qorunan əmanətçiləri kompensasiyaların ödənilməsi üçün müvafiq olaraq “Dekabank”, “Kredobank” və “Zaminbank”ın baş ofisinə, “Parabank”ın qorunan əmanətçiləri isə müqavilə bağladıqları filiala müraciət edərək öz əmanətlərini geri ala bilərlər.

Kompensasiya almaq üçün ərizə formalarını qorunan əmanətçilər 1 avqust 2016-cı il tarixindən etibarən sığorta hadisəsi baş vermiş bankların filiallarından, Əmanətlərin Sığortalanması Fondunun Bakı şəhəri, Bül-Bül prospekti 40 ünvanında yerləşən ofisindən və Fondun rəsmi internet səhifəsi olan www.adif.az saytından əldə edə bilərlər.

Əmanətçilər onlara lazım olan məlumatları Əmanətlərin Sığortalanması Fondunun rəsmi veb səhifəsindən : www.adif.az əldə edə bilər, Fondla 941 saylı qaynar xətt, və ya 596 65 91/92 nömrələri vasitəsilə əlaqə yarada bilərlər.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər