12 C
Baku
Friday, March 29, 2024

Bağlanan bankın rəhbəri yeni yaradılan lizinq şirkətinə təyinat alıb

Vergilər Nazirliyi “BTB Leasing” ASC-nin dövlət qeydiyyatına alıb.

Yeni şirkət “Bank BTB” ASC ilə eyni hüquqi ünvanda – Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi, 27-də qeydiyyatdan keçib.

“BTB Leasing”in nizamnamə kapitalı 30 min manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 1 manat olan 30 min ədəd səhm əsasında formalaşıb.

Şirkətin qanuni təmsilçisi Cavid Eldar oğlu Zeynalovdur. O, bundan əvvəl “Bank BTB”də rəhbər vəzifələrdə çalışıb, arada hazırda ləğv prosesində olan “Azərbaycan Kredit Bankı” ASC-nin İdarə Heyətinin sədr müavini olub.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər