15 C
Baku
Friday, March 29, 2024

Bağlanan banklarda olan əmanətlər necə qaytarılacaq?

Məlum olduğu kimi, bu gün səhər saatlarında Maliyyə Bazarlarına Nəzarət Palatası Azərbaycanda 4 bankın lisenziyasını ləğv etmişdir. Bu addımın nəticəsi olaraq, Banker.az-a lisenziyası ləğv edilən banklarda əmanətləri olan oxucularımız müraciət etmişdirlər. Onların arasında həm banklarda qorunan , eləcədə qorunmayan əmanət sahibləri vardır.

Qeyd edək ki, qorunan əmanətlərin geri qaytarıması istiqamətində artıq Əmanətlərin Sığortalanması fondu artıq işlə başlamışdır. Məlumat üçün bildirək ki, lisenziyası ləğv edilən 4 bankda 140 mln. manata yaxın qorunan əmanət vardır. Qeyd olunan məbləğin bir hissəsi Fond tərəfindən borc şəklində Mərkəzi Bankdan cəlb ediləcəyi planlaşdırılır.

Banker.az AzColl şirkətinin rəhbəri , hüquqşünas Pərviz Məmmədov ilə əlaqə saxlayaraq qorunmayan əmanət sahiblərinin öz əmanətlərini nə vaxt ala biləcəkləri sualı ilə müraciət etmişdir. Ekspertin sözlərinə görə, əmanətlər Banklar haqqında qanunun 82-ci maddəsinə uyğun qaytarılacaqdır. Qeyd olunan maddəni olduğu kimi aşağıda qeyd edirik:

M a d d ə   8 2. Ödənişlərin növbəliyi
82.1.           Müflis elan olunmuş bankın aktivləri onun kreditorları arasında aşağıdakı növbəlik qaydasında bölüşdürülür:
82.1.1.fiziki şəxslərin borc qiymətli kağızları formasında olan əmanətləri istisna olmaqla, fiziki şəxsin 10 milyon manatadək əmanəti üzrə tələbi;[86]
82.1.2.fiziki şəxslərin əmanətlərinin sığortalanması Fondunun reqres hüququ üzrə tələblər;
82.1.3.iflas prosedurunun həyata keçirilməsi ilə bağlı müvəqqəti inzibatçının və ləğvedicinin çəkdiyi bütün məsrəflər və xərclər, o cümlədən onların əmək haqqı, məhkəmə xərcləri və ləğvedicinin bankın ləğvetmə tədbirlərinin həyata keçirilməsi ilə bağlı qəbul etdiyi öhdəliklər;
82.1.4.iş vaxtı baş vermiş bədən xəsarəti və ya ölüm halları ilə əlaqədar bank işçilərinin tələbləri;
82.1.5.bankın müflis elan olunmasına dair məhkəmə qərarının qəbul edildiyi tarixdən əvvəlki altı aydan çox olmayan dövr üçün ödənilməli müavinətlərin, əmək haqlarının verilməsi haqqında bankın işçilərinin və keçmiş işçilərinin tələbləri;  [87]
82.1.6.müvəqqəti inzibatçının idarəetmə və maliyyə sağlamlaşdırması prosedurları ilə əlaqədar bankın öhdəlikləri;
82.1.7.bankın müflis elan olunmasına dair qərarın qəbul edildiyi tarixdən əvvəlki bir ildən çox olmayan müddət üçün büdcəyə məcburi ödənişlər üzrə vergilər və məcburi dövlət sosial sığortası üzrə ödənilməli məbləğlər;
82.1.8.təminatsız kreditorların tələbləri.
82.2.           Qalan aktivlər bankın səhmdarlarına onların paylarına mütənasib surətdə qanunvericiliyə uyğun qaydada ödənilir.

Son xəbərlər
Digər xəbərlər