Bağlanan bankların əmanətçilərinə 748 milyon manata yaxın kompensasiya ödənilib

Ümumilikdə Fond tərəfindən 11 bank üzrə 747 milyon 938 min manatdan artıq kompensasiya  ödənilmişdir.

Ləğv prosesində olan “Yunayted Kredit Bank” ASC-də fiziki şəxslərin ümumi əmanətlərinin məbləği 3 milyon 550 min manat olmaqla, onlardan 3 milyon 230 min manatı qorunan əmanətlər, o cümlədən 2 milyon 99 min manatı kompensasiya olunan əmanətlərdir. 03 noyabr 2017-ci il tarixinə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçilərə ümumilikdə 1 milyon 837 min manatdan artıq kompensasiya ödənilmiş (ümumi kompensasiya öhdəliyinin 87,5 %-i) və 262 min 485 manat ödənilməmiş  kompensasiya öhdəliyi qalıb.

“Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 27 yanvar 2017-ci il tarixində başa çatmış və bu tarixədək “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 milyon 191 min (ümumi kompensasiya öhdəliyinin 97 %-i) kompensasiya ödənilib.

“Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 04 fevral 2017-ci il tarixində başa çatmış və bu tarixədək “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 976 min 441 manat (ümumi kompensasiya öhdəliyinin 94 %-i) kompensasiya ödənilib.

“Texnikabank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 12 fevral 2017-ci il tarixində başa çatmışdır. Ümumilikdə “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə  120  milyon 408 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98,2 %-i) kompensasiya ödənilib.

“Parabank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 01 avqust 2017-ci il tarixində başa çatmışdır. Ümumilikdə “Parabank” ASC-nin qorunan əmanətçilərinə   43  milyon 222 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98,5 %-i) kompensasiya ödənilib.

Zaminbank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 01 avqust 2017-ci il tarixində başa çatmışdır. Ümumilikdə “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 72 milyon 196 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 99,3 %-i) kompensasiya ödənilib.

“Kredobank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 01 avqust 2017-ci il tarixində başa çatmışdır. Ümumilikdə “Kredobank” ASC-nin qorunan əmanətçilərinə 27 milyon 914 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 99,9 %-i) kompensasiya ödənilib.

“Dekabank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 01 avqust 2017-ci il tarixində başa çatmışdır. Ümumilikdə “Dekabank” ASC-nin qorunan əmanətçilərinə 3  milyon 88 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98,7 %-i) kompensasiya ödənilib.

“Atrabank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 22 avqust 2017-ci il tarixində başa çatmışdır. Ümumilikdə “Atrabank” ASC-nin qorunan əmanətçilərinə 14  milyon 352 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98,2 %-i) kompensasiya ödənilib.

“Qafqaz İnkişaf Bankı”  ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət  22 avqust 2017-ci il tarixində başa çatmışdır. Ümumilikdə “Qafqaz İnkişaf Bankı”  ASC-nin qorunan əmanətçilərinə 2 milyon 4 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 95,8 %-i) kompensasiya ödənilib.

QSC “Bank Standard” KB-nın qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət  10 oktyabr 2017-ci il tarixində başa çatmışdır. Ümumilikdə QSC “Bank Standard” KB-nın qorunan əmanətçilərinə 437  milyon 745 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 99,2 %-i) kompensasiya ödənilib.