15 C
Baku
Saturday, April 20, 2024

Bakı əhalisi son bir ayda banklardan 171 milyon manat əmanətini geri götürüb

Mərkəzi Bank məlumat yaydı.

2015-ci ilin fevralın 1-nə olan məlumata görə, Bakı şəhəri əhalisi banklara 6 milyard 550 milyon 273,3 min manat əmanət yerləşdirib. Bu da ölkə üzrə ümumi əmanətlərin təxminən 92%-ni təşkil edir.

Bu barədə Oxu.Az-a Mərkəzi Bankdan məlumat verilib.

Bakı şəhəri üzrə əmanətlərin 3 milyard 843 milyon 517,3 min manatı milli valyuta ilə (2014-cü ilin dekabrında bu göstərici 4 milyard 15 milyon 190 manat, azalma 171 milyon 672,4 min manat və ya 4,3 % olub), 2 milyard 706 milyon 756 min manatı isə xarici valyuta (2014-cü ilin dekabr ayında 2 milyard 632 milyon 585 min, azalma 74 milyon 171,9 min manat) ilə qoyulub. Orta faiz dərəcəsi 8,1% olub.

Bakıdan sonra banklara əmanət yerləşdirən iqtisadi rayonların sırasında müvafiq yerlərdə Abşeron, Aran, Dağlıq Şirvan, Gəncə-Qazax, Quba-Xaçmaz, Lənkəran, Şəki-Zaqatala və digər iqtisadi rayonlar yer alıb.

Qeyd edək ki, banklara ən az əmanət yerləşdirən iqtisadi rayon isə Naxçıvan olub.

Son xəbərlər
Digər xəbərlər