20 C
Baku
Wednesday, April 24, 2024

Bakı Fond Birjası internet saytını yeniləyib

Bakı Fond Birjası (BFB) 15 illik yubileyi çərçivəsində öz korporativ internet səhifəsini fərqli tərtibatda və geniş formatda yenidən hazırlayaraq istifadəyə verib.

BFB-dən  bildiriblər ki, internet saytının əsas yeniliklərindən biri qurumda listinqdən keçmiş emitentlərin ilk elektron məlumat bazasının yaradılmasıdır. Belə ki, saytın istifadəçiləri emitentlər barədə məlumatları (emissiya prospekti, maliyyə hesabatlılığı, korporativ idarəetmə strukturu, korporativ hadisələr, emitentin birjada ticarət olunan qiymətli kağızlar) operativ şəkildə əldə edəcəklər, bütün məlumatlar BFB-nin vahid elektron bazasında toplanacaq. Veb-saytda maarifləndirmə, listinq, korporativ idarəetmə və hesabatlılıq istiqamətlərinə geniş yer ayrılıb.

Saytın yenilikləri arasında, həmçinin istiqrazların hesablanması üçün onlayn kalkulyatorun təqdim olunması, sayt vasitəsilə emitentlərin BFB-də listinqə onlayn müraciət edə bilmə imkanı və digər müxtəlif elektron xidmətlərin yaradılmasıdır. Yeni sayt geniş ictimaiyyət o cümlədən emitentlər, investorlar, birja üzvləri, tələbələr üçün nəzərdə tutulub.

azertag

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər