18 C
Baku
Thursday, April 25, 2024

Bakı şəhərinin yeni uğuru

Bakı şəhəri Vaşinqton, Melburn, Rio-de-Janeyro şəhəri ilə qonşuluqda dünyanın ən çox ziyarət edilən şəhərləri reytinqində 96-cı pilləni tutmuşdur. Bu nəticəyə Britaniyanın strateji bazar araşdırması şirkəti olan Euromonitor International-ın analitikləri gəlmişlər. Beləliklə, 2012-ci ildə Bakını 1 milyon 709 min əcnəbi turist ziyarət etmişdir. Şəhərə turist axını 2011-ci il ilə müqayisədə 7,5% artmışdır. 2012-ci ildə turistlərin sayına görə lider olan şəhərlər Honq Konq (23 milyon 770 min insan) və Sinqapurdur (21 milyon 345 min).

Reytinqin ilk onluğuna Bankoq, London, Makao, Kuala-Lumpur, Shenzhen, Nyu-York, Antalya və Paris şəhərləri də daxildir. Euromonitor International-ın qeyd etdiyinə görə, reytinqdə liderlik edən ölkələrin 6-sı Asiyada yerləşir. Ümumilikdə isə reytinqdə yer almış 32 şəhər Asiya-Sakit okean regionunda yerləşir.

Bakı ilə yanaşı, reytinqdə MDB ölkələrindən Rusiya və Ukrayna şəhərləri də yer almışlar. Belə ki, Moskva 24, Sankt-Peterburq 55, Kiev isə 87-ci pillədə yer almışdır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər