15 C
Baku
Friday, March 29, 2024

Bakı Şahmat Olimpiadasının tərəfdaşları məlum olub

Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsi mötəbər yarışın keçirilməsində dəstək olan şirkətlərin adını açıqlayıb.

Bakı Şahmat Olimpiadasının mətbuat xidmətinin verdiyi məlumata görə, 42-ci Ümumdünya Şahmat Olimpiadasının rəsmi tərəfdaşları kimi SOCAR, Azercell, Türk Hava Yolları, Qatar Airways, SMARTSCORİNG, “Meqa Sığorta” ASC, Modern Hospital, Badamlı, Tudor, Lavazza, Milla, Jalə və Tranquini ilə müqavilə imzalanıb.

Olimpiadanın tərəfdaşları mötəbər yarışa dəstək olmaqdan məmnunluq hissini bildirməklə yanaşı Azərbaycan milli komandalarına uğurlar arzu edirlər.

Qeyd edək ki, Şahmat Olimpiadasının təntənəli açılış mərasimi sentyabrın 1-də olacaq. İlk tur sentyabrın 2-də oynanılacaq.

AZƏRTAC

Son xəbərlər
Digər xəbərlər