27 C
Baku
Wednesday, April 24, 2024

“Bakı Sığorta” “Turbo Kart” layihəsini müvəqqəti dayandırıb

“İndiyədək məhsuldan faydalanan müştərilərin sığorta və kredit müqavilələrində heç bir dəyişiklik olmayacaq”

“Bakı Sığorta” şirkəti “Turbo Kart” layihəsini müvəqqəti dayandırıb.

Bunu “Bakı Sığorta” şirkətinin İdarə Heyəti sədrinin müavini Ramin Məmmədov deyib.

R. Məmmədovun sözlərinə görə, bu qərar tərəfdaş bank ilə (“Bank Respublika” – red.) birgə verilib: “Bank maliyyə risklərini yenidən qiymətləndirməsi ilə əlaqədar “Turbo Kart” məhsulunun müvəqqəti olaraq dayandırılmasını məqsədəuyğun sayıb. “Turbo Kart” həm co-brend, həm də bankın sığorta məhsulu olduğundan təbii ki, burda son baş verənlər birbaşa bank sektoru ilə bağlıdır. Ona görə də, burda bankın da münasibəti vacibdir. Biz birgə verdiyimiz qərarla müvəqqəti olaraq “Turbo Kart” vasitəsilə sığorta elementini yığışdırmışıq. Amma digər sığorta məhsullarımız eyni formada müştərilərə təqdim edilir. Burda əslində hər iki tərəfin qərarı vacib olduğu üçün biz hələ ki, bankdan bununla bağlı ikinci bir təklifini gözləyirik. Eyni zamanda, “Turbo Kartı”n bərpası ilə bağlı bankla danışıqlar gedir. Bu prosesin uzun çəkəcəyini düşünmürəm. Bank bu məsələyə yenidən baxdıqdan sonra ya eyni formada, ya da ki, dəyişik formada bu məhsulu yenidən müştərilərə təqdim edə bilərik”.

Sədr müavini bildirib ki, “Turbo Kart” şirkətin məhsulları içərisində “Turbo Kasko”nun satışında müştərilər üçün əsas cəlbedici element olub: “Turbo Kart” sığorta haqqını həmin anda ödəyə bilməyən müştərilər və eyni zamanda pula ehtiyacı olan insanlar üçün cəlbedici idi. Təbii ki, bu məhsulun olmaması bizim “Turbo Kasko”nun cəlbediciliyini kifayət qədər aşağı salıb. Sırf “Turbo Kart”la avtomobilini sığortalamaq istəyənlərin sayı kəskin şəkildə aşağı düşüb. Ümumiyyətlə, “Turbo Kart” vasitəsilə sığorta insanların sığortalanmaqla bağlı müraciətlərinin ən azı yarı hissəsini təşkil edirdi. Bu baxımdan kasko sığorta ilə bağlı müraciətlərin sayında 50% azalma gözləyirik”.

Bununla belə, indiyədək “Turbo Kart”ndan faydalanan müştərilərin sığorta və kredit müqavilələrində heç bir dəyişiklik olmayacaq.

APA

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər