15 C
Baku
Saturday, April 20, 2024

“Bakı Ticarət Festivalı”nda ƏDV-ləri qaytaracaq bankların siyahısı açıqlandı

II Bakı Ticarət Festivalı zamanı ƏDV-lər 7 bank tərəfindən qaytarılacaq.

Bunu Azərbaycanın vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

Nazir müavini deyib: “II Ticarət Festivalı zamanı ƏDV-ləri qaytaracaq bankların sayı 7-ə çatacaq. Bu prosesə daha 2 bank qoşulub – Azərbaycan Beynəlxalq Bankı və “Azər Turk Bank”.

Nazir müavinin sözlərinə görə, I Ticarət Festivalı zamanı ƏDV-lər 5 bankın filiallarında həyata keçirilib – “Kapital Bank”, “PASHA Bank”, “Yapi Kredi Bank Azerbaijan”, “Bank Silk Way” və Azərbaycan Sənaye Bankı.

Xatırladaq ki, II Bakı Ticarət Festivalı oktyabrın 15-dən noyabrın 15-dək keçiriləcək.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər