16 C
Baku
Thursday, March 28, 2024

Bakı və Sumqayıt şəhərləri üzrə Regional Hüquq məsləhətçisi – KredAqro

Bakı və Sumqayıt şəhərləri üzrə Regional Hüquq məsləhətçisi

 

Əsas vəzifə öhdəlikləri

∙       Məhkəmə, dövlət hakimiyyəti və idarəetmə orqanları, ictimai təşkilatlar və digər üçüncü şəxslər qarşısında Təşkilatı təmsil etmək yolu ilə onun hüquq və mənafelərinin müdafiə olunmasının təmin edilməsi;

∙       Təşkilat tərəfindən verilən iddia və digər ərizələrin hazırlanması, Təşkilata qarşı verilən iddialar üzrə etirazların, mülahizələrin, çıxarılmış məhkəmə qərarları üzrə şikayətlərin hazırlanması;

∙       İcra işləri üzrə İcra məmurları ilə işləmək;

∙       Təşkilat fəaliyyətinin müxtəlif istiqamətləri üzrə müqavilələrin hazırlanması

∙       Təşkilatın rəhbərliyi tərəfindən verilmiş tapşırıqlara müvafiq olaraq təşkilatdaxili normativ sənədlərin hazırlanması, sənədlərə dair hüquqi rəylərin verilməsi;

∙       Rəsmi yazışmaları təmin etmək;

 

Namizədə dair tələblər

∙ Hüquq sahəsində ali  təhsilinin olması;

. İş təcrübəsi minimum 6 ay. Bank sektorunda çalışanlara üstünlük verilir.

. Bakı və Sumqayıt şəhərlərində yaşayanlara üstünlük verilir;
∙ Azərbaycan Respublikasının mülki, mülki-prosessual, əmək, inzibati hüququnun, vergi hüququnun əsaslarının bilməsi;
∙ Mülki-hüquqi əqdlərin tərtib edilməsi sahəsində təcrübəsinin olması, onların bağlanması və rəsmiləşdirilməsi qaydasını bilməsi;
∙ Azərbaycan dilini mükəmməl səviyyədə bilmək;
∙ Yüksək qavrama və öyrənmə qabiliyyəti;
∙ İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
∙ Kompyuter bilikləri;

 

CV-ləri mövzu hissəsində müraciət etdiyiniz vəzifə göstərilməklə [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

 

Son xəbərlər
Digər xəbərlər