23 C
Baku
Saturday, April 20, 2024

Bakıda 3 gün ərzində 1500 sürücü cərimələndi

Zolağa girib kameranı görəndən sonra yenidən zolaqdan çıxanlar elə bilməsinlər ki, cəzasız qalacaqlar.

Bakıda “oyunlar zolağı”na qanunsuz daxil olan nəqliyyat vasitələrinin sayı xeyli azalıb. Bakı şəhər Dövlət Yol Polis İdarəsi Yol hərəkəti idarəetmə şöbəsinin rəisi, polis polkovnik-leytenantı Mübariz Qazıyevin verdiyi məlumata görə, mayın 29-dan bu günə qədər paytaxtda quraşdırılan kameralar vasitəsilə 1500-ə yaxın sürücü həmin qaydanı pozduğuna görə qeydiyyata düşüb.

“Mayın 29-da, qadağanın tətbiq olunmağa başladığı gün qayda pozan çox idi. Çoxu bilmədiyi üçün xəttə girirdi. Bu gün isə bir az azalıb. Mayın 29-da 600, 30-da 350, 31-də isə 300-ə yaxın sarı zolağa girən sürücü kamera vasitəsilə müəyyən edilib. Bu gün günün axırında da dəqiq rəqəm məlum olacaq. Bundan başqa, kameraya düşməyən, lakin yol polisləri tərəfindən qeydə alınan qayda pozan sürücülər də var”.

Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı açıqlamasında bildirib ki, “Oyunlar zolağı” ilə bağlı qadağalar qüvvəyə minəndən sonra ilk iki gün ərzində, xüsusən də ilk gündə sürücülərin bir hissəsi düşünmürdülər ki, sarı zolaqlı yola çıxdıqlarına görə cərimə olunacaqlar. Bu səbəbdən də, çoxu bu məsələyə dırnaqarası yanaşırdı.

“Yol polisinin bir neçə saata onlarla sürücünü cərimələdiyi barədə məlumatı yayılandan sonra belə halların sayı kəskin şəkildə azalıb. Yollardakı müşahidə kameraları 300 metrə qədər çəkə bilir. Yəni zolağa girib kameranı görəndən sonra yenidən zolaqdan çıxanlar elə bilməsinlər ki, cəzasız qalacaqlar. Onların hamısı qeydə alınır və cərimələndiyi barədə sənədlər yol polisi tərəfindən onların ünvanlarına göndərilir. Hazırda isə şəhərdə vəziyyət normaldır və indi demək olar ki, sürücülər “Oyunlar zolağı”na keçmirlər”.

Qeyd edək ki, mayın 29-dan etibarən I Avropa Oyunları ilə əlaqədar müəyyən edilmiş – rəsmi icazəsi olan nəqliyyat vasitələrindən başqa, digər avtomobillərin həmin zolağa çıxması qadağandır. Bununla bağlı qaydanı pozanlar İnzibati Xətalar Məcəlləsinin (İXM) 151.1-ci maddəsinə müvafiq olaraq yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə görə, 40 manat məbləğində cərimə olunurlar. Əgər “Oyunlar zolağı” digər yol zolaqları ilə kəsişirsə, bu zaman, eləcə də yolayrıcılarda hərəkət üstünlüyü xüsusi yola verilməlidir. Yəni kəsişən yolla hərəkət edən sürücü yalnız xüsusi yolda hərəkət edən avtomobili buraxdıqdan sonra hərəkətini davam etdirə bilər. Bu qaydanı pozan və qəza şəraiti yaradan sürücülər İXM-in 151.2-ci maddəsinə əsasən, 40 manat, üstəgəl, 4 cərimə balı ilə cərimələnəcəklər.

ANS PRESS

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər