23 C
Baku
Thursday, April 25, 2024

Bakıda aqrar sığortaynın inkişafına həsr olunmuş tədbir keçirilib

Bu gün Bakıda Beynəlxalq Maliyyə Korporasiyasının (BMK) və Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) birgə təşkilatçılığı ilə “Azərbaycanda kənd təsərrüfatı sığortası mexanizmlərinin təkmilləşdirilməsi” mövzusunda tədbir keçirilib.

Tədbirin məqsədi Azərbaycanda kiçik və orta miqyaslı aqro-biznes müəssisələrin inkişafına yardım etmək və aqro – sığortanı təşviq etmək, BMK-nın Avropa və Mərkəzi Asiya üzrə Aqro–maliyyə Layihəsi çərçivəsində yerli sığorta şirkətləri üçün təlim təşkil etmək olub. Görüş müzakirələr və təlimlər olmaqla, iki paneldən ibarət təşkil edilib.

1-ci panel BMK-nın Azərbaycan üzrə daimi nümayəndəsi Aliyə Əzimovanın moderatorluğu ilə baş tutub. Paneldə Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi Namiq Xəlilov “Azərbaycan hökumətinin ölkədə aqrar sığortanın inkişaf strategiyası və prioritetləri”, Kənd Təsərrüfatı Nazirliyinin Maliyyə və Mühasibat Şöbəsinin Baş Məsləhətçisi Rəhim Novruzov “Aqrar sığorta bu sahədə risklərin azaldılması üçün effektiv alət kimi”, BMK-nın Şərqi Avropa və Mərkəzi Asiyada Kənd Təsərrüfatının Maliyyə Xidmətləri üzrə proqramın meneceri Lea Soroka “Aqrar sığorta kənd təsərrüfatı sektorunun davamlı inkişafı üçün alət kimi”, BMK-nın Şərqi Avropa və Mərkəzi Asiya regionunda Kənd Təsərrüfatının Maliyyəsi bölməsinin sığorta mütəxəssisi Andrey Zaripov “Aqrar sığorta niyə əhəmiyyətlidir?”, ASA-nın sədri Orxan Bayramov isə “Aqrar sığortanın inkişafına və bu sahədə olan sığorta haqlarına dair məlumatlılığın artırılmasında biznes assosiasiyalarının rolu” mövzusunda çıxış ediblər.

İkinci paneldə isə Ukraynalı qonaqlar – Andrey Zaripov və Lea Soroka iştirakçılara aqrar sığorta məhsullarının hazırlanması metodologiyası üzrə təlimlər keçiblər. Təlim zamanı məlumat tələblərinin icmalı, sığorta məhsullarının növü, strukturu və komponentləri, yenidən sığortalanma və aqro–sığorta sisteminin inkişafı üçün lazım olan digər əhəmiyyətli aspektlər izah edilib. BMK–nın ekspertləri bu sistemin Ukraynada inkişaf etdirilməsi ilə bağlı öz praktik təcrübələrini bölüşüblər.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər