19 C
Baku
Thursday, April 25, 2024

Bakıda bank əməkdaşı faciəvi şəkildə həlak oldu

Dünən 20:00 radələrində Bakının Səbayıl rayonunun Bayıl qəsəbəsində bədbəxt hadisə baş vermişdir. İ.Məmmədov 2A ünvanında yerləşən yaşayış binasında Azer-Turk bankının 40 yaşlı əməkdaşı E. Mustafayev və onun azyaşlı oğlu liftdə yaranan nasazlıq səbəbindən liftdə qalmışlar.

Verilən məlumatlara görə, E. Mustafayev liftdn çıxmağı qərara almış və qapıları aralamışdır. Onun oğlu liftdən çıxmağa nail olsa da, E. Mustafayev liftdən çıxmaq istədikdə lift işə düşmüş və yuxarı qalxmağa başlamışdır. Nəticədə o ölümcül şəkildə əzilmişdir.

Qeyd edək ki, E.Mustafayev əvvəllər Kapital bankın təhlükəsizlik departamentində çalışıb. Kolleqalarının bildirdiyinə görə, o çox şən və həyatı sevən bir şəxs idi.

Allah rəhmət eləsin!

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər

2 ŞƏRH

Comments are closed.