23 C
Baku
Saturday, April 20, 2024

Bakıda bank kartlarını soyan hakerlər tutuldu

Respublikanın daxili işlər orqanları kibercinayətlərlə mübarizə, onların qarşısının alınması və ifşa edilməsi istiqamətində uğurlu əməliyyat tədbiri həyata keçirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində xarici ölkələrin 50-yə yaxın bank müştərisinin plastik kartlarından xüsusi kiberproqramlardan istifadə etməklə külli miqdarda pul vəsaitlərini onlayn ödəniş saytları vasitəsilə qanunsuz çıxaran Xaçmaz rayon sakinləri Xətai Əliyev və Orxan Seyidov tutulub.

Saxlanılan X.Əliyev törətdiyi əməli etiraf edərək bildirib ki, informasiya texnologiyaları sahəsində olan xüsusi biliklərindən istifadə etməklə internet vasitəsilə onlayn bank əməliyyatları aparan xarici ölkə vətəndaşlarının ödəmə sistemindəki kart göstəricilərinin məlumat bazalarına qanunsuz daxil olaraq onların rekvizitlərini əldə edib.

Daha sonra X.Əliyev həmin şəxslərin hesablarından O.Seyidovun adına yerli banklarda açdığı hesablara onlayn köçürmələr edərək nağdlaşdırıb və bu yolla vətəndaşlara külli miqdarda ziyan vurub.

X.Əliyevin istifadə etdiyi kompüterlərə baxış zamanı elektron sübutlar və iş üçün əhəmiyyət kəsb edən digər dəlillər müəyyən edilərək götürülüb.

Faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

ANSPress

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər