16 C
Baku
Thursday, March 28, 2024

Bakıda Beynəlxalq MBA Tədbiri keçiriləcək

Tədbirin təşkilatçısı “Advent Group” şirkəti aparıcı beynəlxalq təhsil sərgisi olan “Access MBA Tour” 19 fevral tarixində Bakı şəhərində yerləşən “Hyatt Regency” hotelində keçiriləcəyi haqqında bu gün məlumat vermişdir.

“Access MBA Tour hal-hazırda dünyanın müxtəlif istiqamətləri üzrə 35 ölkədə təşkil olunur. Hər tədbirdə ən uyğun namizədlər fərdi və nəticə-yönümlü təcrübəyə əsaslanaraq dünyanın qabaqcıl beynəlxalq biznes məktəbləri ilə bir araya gəlirlər” -deyə öz çıxışında Advent Group şirkətinin Təsisçisi və İcraçı Direktoru Kristof Kutat qeyd etmişdir.

Tədbirin fərdi formatda keçirilməsi biznes sahəsi üzrə peşəkarlara öz təhsil və gözləntilərinə uyğun qabaqcıl MBA proqramları tapmaqda kömək edir. Tədbirdən öncə MBA proqramına müraciət edən şəxslərin peşəkar profilləri dəyərləndiriləcək və müvafiq biznes məktəbləri ilə uyğunlaşdırılacaq. MBA proqramına Qəbul üzrə Direktorlar ilə həyata keçirilən fərdi görüşlər namizədlərə axtardıqları təhsil təcrübəsi və karyera perspektivlərinə uyğun olan biznes məktəbi proqramlarının müəyyən olunmasında yardım edir.

“Access MBA Fall 2017 Tour” 150 beynəlxalq biznes məktəbini əhatə etməklə dünyanın 45 şəhərində keçirilir.

Qəbul Direktorları ilə şəxsi görüşlərə əlavə olaraq, tədbir iştirakçıları MBA və GMAT-a hazırlıq dəstəyi əldə edir, təqaüd və digər maliyyə dəstəyi haqqında məlumat toplayır, MBA proqramına qəbul prosesi ilə tanış olur və məktəblərin nümayəndələri və məzunları ilə panel müzakirələrində iştirak edirlər.

Biznes İdarəçiliyi üzrə Magistr dərəcəsi (MBA) proqramı ənənəvi olaraq biznes sektorunda karyera yüksəlişinə nail olmaq üçün mühüm əhəmiyyətə malikdir. Son göstəricilərə əsasən MBA dərəcəsi müxtəlif fəaliyyət sahələrində geniş perspektivlərə yol açır. GMAT imtahanını təşkil edən Məzunların İdarə olunması üzrə Qəbul Şurası (GMAC) tərəfindən 800 korporativ işəgötürən arasında aparılan sorğuya əsasən, işəgötürənlərin təxminən 86%-i 2017-ci ildə MBA məzunlarını işə götürəcəklərini qeyd etmişlər. Hesabata əsasən “MBA məzunlarına olan tələbat 2017-ci ildə yüksək olaraq qalır”.

MBA məzunları üçün yüksək tələbat yüksək əməkhaqqı deməkdir. Birləşmiş Ştatlarda yerləşən şirkətlərin 2016-cı ildə MBA məzunlarına təklif etdikləri orta əməkhaqqı 105.000 ABŞ dolları olduğu halda, 2017-ci ildə bu rəqəmin 110.000 ABŞ dollarına çatacağı planlaşdırılır. 2016-cı ildə Advent Group tərəfindən aparılan illik sorğuda iştirak edən MBA məzunları da həmçinin yaradılan perspektivləri qiymətləndirmişlər, sorğuda iştirak edənlərin 78%-i aldıqları təhsilin nəticəsi olaraq daha yüksək ödənişli işə malik olduqlarını və ya karyera pilləsində irəlilədiklərini bildirmişlər.

Tədbir üzrə Qeydiyyat

Access MBA tərəfindən namizədlər üçün ən müvafiq biznes məktəbinin seçilməsi məqsədilə tədbir iştirakçılarından tədbir tarixindən (ən azı 10 gün əvvəl) öncə www.accessmba.com səhifəsində qeydiyyatdan keçmələri xahiş olunur. Onlayn qeydiyyat pulsuzdur.

Advent Group haqqında

 2004-cü ildə təsis olunan Advent Group biznes təhsili üzrə ixtisaslaşan müstəqil tədbir və media agentliyidir. Hər il Access MBA və Access Masters Tours bütün dünya üzrə 120 tədbir zamanı 50000 potensial namizədi ən prestijli 200 biznes məktəblərinə təqdim edir. Fərdi formatda keçirilən MBA tədbirləri üzrə dünya lideri Advent Group-un missiyası media vasitəsilə biznes məktəbləri haqqında məlumatlılığı artırmaq, eləcə də potensial namizədləri düzgün məktəb və proqramlar üzrə istiqamətləndirməkdir.

  

Əlaqə vasitələri:

 Biznes məktəbləri:                                                  Perspektivli MBA namizədləri:

E-poçt: [email protected]                        E-poçt: [email protected]

Tel: +33 1 43 41 50 31                                              Tel: +359 2 984 10 71

 

 Daha ətraflı məlumat üçün:

 

Access MBA: https://www.accessmba.com/link/qN

Access Masters: http://www.accessmasterstour.com/

Advent Group: http://advent-group.net/

Son xəbərlər
Digər xəbərlər