Bakıda  mənzil bazarında canlanma və  Şərq  birjalarında  kəskin  dəyişiklik gözlənilir

Birja analitiki Faiq Əhmədov bazarın müxtəlif seqmentlərində müəyyən canlanmaların olacağı ilə bağlı proqnozları ilə bizimlə bölüşmüşdür. Onun qeydlərini diqqətinizə çatdırırıq:

“Neftin qiymətində artım digər xammal məhsullarına da təsir edəcək .Bu özünü ilk növbədə qara metalda göstərəcək .minimal artım 10 – 15% faiz civarında olacaq.

Yaxın 3 ay ərzində Bakıda mənzil bazarında canlanma baş verəcək qiymətlərdə 5-8% artım gözlənilir.

Dünya birjalarında xammala köklənən avstraliya dolları ABŞ dollarına nazeren 15-18% bahalanaçaq.

 AUD / USD məzənnəsi 0.7050-dən 0.8250 – 0.8500 intervalına qədər yüksələcək.

Yapon yenası da öz növbəsində dollara nəzərən bahalanaçaq USD / JPY cütlüyü 122.00-122.50 -dən 115.00 – 112.80 intervalına kimi enəcək – bu mütləq dəyişiklikdir bunun qarşısın almaq qeyri mümkündür .Yaponiya hökuməti kifayət qədər öz valyutasını süni şəkildə divalvasiya edib – əgər məzənnə yaxın gələcəkdə 108 səviyyəsinə enməsə bunun ağır fasadları ola bilər. Abe hökuməti razılaşdırılmış devalvasiyaya başlayarkən qiymət 105 – 109 ətrafında nəzərdə tutulmuşdu.

Banklar öz portfellerinin formalaşdırmasında bu dəyişiklikləri nəzərə almaları məsləhət görülür.”

📝 RƏY BİLDİR