22 C
Baku
Tuesday, April 23, 2024

Bakıda məşhur bazar söküləcək

Bakıda məşhur “Keşlə” bazarı və Bakının Nərimanov rayonunda “Keşlə” dəmir yolu stansiyası söküləcək.

Verilən məlumatlara görə, dəmir yolu stansiyasının texniki binasında artıq cihazların daşınması prosesinə başlanılıb. Yaxın zamanlarda körpünün inşası ilə əlaqədar olaraq ərazidə söküntü işlərinə başlanılacaq.

 “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev faktı təsdiq etməsə də, təkzib də etməyib. O demişdir: “Hazırda orada heç bir iş aparılmır. Lakin layihə olarsa işlər başlaya bilər. İndi isə belə bir layihə yoxdur”.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər