12 C
Baku
Friday, March 29, 2024

Bakıda mağaza 70% endirim elan etdi, müştəriləri içəri buraxmadı

Bakının “Əhmədli” metro stansiyasının yaxınlığında yerləşən brend mağazalardan biri bu gün bütün mallara 70% endirim elan edib, lakin “qüvvə”sini düzgün hesablaya bilməyib.
Virtualaz.org-un əməkdaşı hadisə yerindən xəbər verir ki, mağazanın qapısına xeyli adamın toplaşmasına baxmayaraq, alıcılar içəri buraxılmır. Ticarət nöqtəsinin əməkdaşı “işıq yanmır” bəhanəsi ilə satış salonuna aparan eskalatorun üstündə dayanaraq, heç kimin yuxarı keçməsinə imkan vermir.
Maraqlıdır ki, ətrafdakı mağazalarda işıq var və bununla bağlı heç bir problem gözə dəymir. “Enerji problemi” isə yalnız həmin ətrafda olan ən bahalı mağazalardan birinə sirayət edib.

Son xəbərlər
Digər xəbərlər