13 C
Baku
Friday, April 26, 2024

Bakıda taksilər qiyməti qaldırdı

Xəbər verdiyimiz kimi, dünən gecədən Tarif Şurası benzin və dizel yanacağının qiymətini bahalaşdırıb.

Qiymət artımı səhər saatlarından artıq özünü göstərməyə başlayıb. Bundan istinadən edən bəzi taksi sürücüləri süni şəkildə qiymətləri artırıblar. Onlar bunu benzinin qiymətinin bahalaşması ilə əlaqələndiriblər. Ümumilikdə paytaxtda apardığımız müşahidələr də onu göstərdi ki, artıq taksilər gediş haqqını qaldırıblar. Taksilərin təklif etdikləri qiymətlər ötən günlə müqayisədə 1, 2 manat fərqlidir.

İqtisadçı Vüqar Bayramov da taksilərin gediş haqqını qaldırmasını təsdiqləyib: “Benzinin qiymətinin artmasından istifadə etməyə çalışanlar var. Belə ki, bu gün səhərdən etibarən bəzi işbazlar qiymətləri süni şəkildə artırıblar. Bu gündən taksilərin gediş haqqını artırmaları müşahidə olunur”.

bugun.az

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər