15 C
Baku
Saturday, April 27, 2024

Bakıda “Trump Tower”in adı sökülür

Bakının Nəsimi rayonunda yerləşən məşhur “Trump Tower” otelin adı sökülür.

Söküntü işləri hazırda davam edir. 33 mərtəbəli yelkənə bənzər göydələnin özünün sökülüb-sökülməyəcəyi barədə hələ məlumat yoxdur. Otelin tikinti işləri ötən il yekunlaşsa da, onun fəaliyyət göstərməsi ilə bağlı informasiya verilməyib.

Qeyd edək ki, ötən ilin sonunda ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trump-ın şirkəti Azərbaycan və Braziliyada bağladığı lisenziya müqavilələrini bitirdiyini elan etmişdi. Trump Organisation şirkətinin icraçı vitse-prezidenti Alan Garten CNN-ə müsahibəsində müqavilələrin kəsilməsini “ev təmizliyi” adlandırmışdı.

Xatırladaq ki, bu binanın Azərbaycanda olan tərəfdaş şirkəti – təsisçisi Azərbaycanın nəqliyyat nazirinin oğlu Anar Məmmədova məxsus “Qarant” holdinqdir.

Qafqazinfo

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər