15 C
Baku
Friday, March 29, 2024

Bakının ən bahalı küçələri

“Daşınmaz əmlak nöqteyi-nəzərindən Bakının ən bahalı küçələrinin dəyərini müəyyən etməyə çalışdıqda həm kommersiya, həm də yaşayış üçün olan daşınmaz əmlak nümunələrini nəzərə almaq lazımdır”. Bunu müstəqil qiymətləndirici Rəşad Əliyev verdiyi müsahibəsində qeyd etmişdir.

Onun sözlərinə görə,  kommersiya daşınmaz əmlakının içərisində ən bahalı seqment ticarət obyektləridir. Bu nöqteyi-nəzərdən ən bahalı küçə “Nizami” küçəsi hesab olunur. Bu küçənin ticarət üçün ən sərfəli yer olduğu ilə bağlıdır. Belə ki, burada daim müəyyən sayda insan axınını müşahidə etmək mümkündür. Bununla əlaqədar olaraq, ən bahalı kommersiya obyektləri məhz bu küçədə yerləşir. Çətin ki, bu küçədə kvadrat metri 30 min manatdan aşağı olan obyekt tapa biləsiniz.

Küçənin dəyərinə yaşayış evləri nöqteyi-nəzərindən yanaşsaq, burada Neftçilər prostekti, İstiqlaliyyət küçəsi, Nizami, 28 May və Rəşid Behbudov küçələrini qeyd etmək lazımdır. Lakin bunların da içərisində ən bahalı küçə Neftçilər prostektidir. Həm yeni tikilmiş, həm də köhnə binalarda ən bahalı mənzillər məhz burada yerləşir. Məsələn, bir neçə il bundan əvvəl Neftçilər prospektində yeni tikilmiş binada bir mənzilin bir kvadrat metri 5 min dollar idi. Üstəlik də, burada söhbət təmirsiz mənzillərdən gedirdi.

Son xəbərlər
Digər xəbərlər