15 C
Baku
Friday, March 29, 2024

Bakıya rayon nömrəli avtomobillərin girişi qadağası ləğv edilməyə bilər

Bu haqda məlumatı nəqliyyat təyinatı üzrə ekspert Azər Allahverənov bildirmişdir.

Bildiyimiz kimi, hazırda paytaxtda keçirilən Birinci Avropa oyunları ilə əlaqədar olaraq şəhər yollarında bir sıra tədbirlər və qadağalar həyata keçirilmişdir. Bura 1 iyun tarixindən başlayaraq “sarı xətt” üzərində hərəkət və rayon nömrəli avtomobillərin şəhərə daxil olma qadağası daxildir.

Ekspertin sözlərinə görə, rayon nömrəli avtomobillərin Bakıya daxil olma qadağası ləğv edilməyə bilər. Onun şəxsi müşahidələrinə əsasən, qadağa qüvvəyə mindikdən sonra şəhərdə avtomobil sayının və tıxacların kifayət qədər azalması müşahidə edilir. Bununla yanaşı, o qadağanın ətraf mühitə müsbət təsirini də vurğulamışdır.

Onun sözlərinə görə, Bakıya gün ərzində 100 000-ə yaxən avtomobil gəlir ki, bu da yollardakı gərginliyi 40%-ə qədər artırır. Rayonlardan Bakıya gələn 100 000 avtomobil nəqliyyatı çıxılmaz hala salır.

Azər Allahverənovun fikrincə, rayon nömrəli avtomobillərə tətbiq edilən qadağa öz gücünü gələcəkdə də qoruya bilər. O qeyd edir ki, bunun üçün dayanacaqların işini daha yaxşı təmin etməli, gündəlik ödənişi azaltmalı və işə əlavə marşrut avtobusları cəlb etmək lazımdır.

Son xəbərlər
Digər xəbərlər