“Baku Shopping Festival” ilə əlaqədar “AtaBank” həftənin bütün günləri fəaliyyət göstərəcək

“AtaBank” ASC Azərbaycan paytaxtında ikinci dəfə keçirilən Ticarət festivalı – “Baku Shopping Festival” zamanı iş rejimi ilə bağlı məlumatı diqqətinizə çatdırır.

Bankın aşağıdakı filialları oktyabr 15-dən noyabrın 15-dək şənbə-bazar günləri də daxil olmaqla, saat 09:00-dan – 18:00-dək gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək:

  • Mərkəz filialı  – Bakı şəh., Ş.Bədəlbəyli küç., 102 ; 09:00 – 18:00-dək   (fasiləsiz)
  • Bakı filialı – Bakı şəh., Neftçilər pr., 67 ;  09:00 – 18:00-dək (fasiləsiz)
  • Sahil şöbəsi – Bakı şəh., Puşkin küç. 9 ; 09:00 – 18:00-dək   (fasiləsiz)

Filialların müvəqqəti iş rejiminə keçidi ” Baku Shopping Festival ” zamanı həm yerli müştərilərə, həm də şəhərin qonaqlarına keyfiyyətli və fasiləsiz xidmət göstərmək məqsədi ilə həyata keçirilir.