15 C
Baku
Friday, April 26, 2024

Bank əməliyyatçısı vəzifəsi nədir?

Bank əməliyyatçısı – insanların bankda qarşıladıqları ilk şəxsdir. Əməliyyatçı vəzifəsi bank karyera pilləsində ilk pillə hesab edilir. Bu mütəxəssis banka gələn müştərilərlə ünsiyyət qurur, hesabın vəziyyətinə nəzarət edir, kreditləşmə ilə bağlı suallara məsləhət verir, məlumat bazasındakı dəyişiklikləri daxil edir və kassa əməliyyatlarını yerinə yetirir.

İş yeri:

Əməliyyatçı vəzifəsi banklar tərəfindən böyük tələbatla müşahidə edilir.

Peşənin tarixi:

Demək olar ki, əməliyyatçılar nəhəng bankların yaranması ilə peyda olmuşdur. Bank sahəsinin və fond bazarının inkişafı, bir çox qiymətli kağızların peyda olması, kreditlərə tələbatların artması bu sahədə mütəxəssislərə ehtiyac yaratdı.

Bank əməliyyatçılarının öhdəlikləri:

Bunlara daxildir:

  • Müştərilərə konsultasiyaların verilməsi;
  • Hesab və depozitlərin alınması, hesab açılması və bağlanması;
  • Kreditlərin qeydə alınması;
  • Plastik kartların qeydə alınması;
  • Kommunal və digər ödənişlərin qəbulu;
  • Nağd pullarla iş.

Bank əməliyyatçısına qoyulan tələblər:

  • Ali təhsil;
  • İş təcrübəsi (bankların tələbləri fərqli ola bilər);
  • Bank fəaliyyətinin əsaslarını bilmək.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər