21 C
Baku
Thursday, April 25, 2024

Bank əmanətlərinin təqribən yarısı qorunmur

Əmanətlərin Sığortalanması Fondu son il yarımda sığortalanan əmanətlərin faiz dərəcələrinin 12 faizdən 9 faizədək azaldılması ilə bağlı qərar qəbul etdi.

Ekspert Vüqar Bayramovun fikrincə, əslində kredit faizlərinin dəyişməsinə uyğun olaraq sığortalanan əmanət faizlərinə baxmalı olan fond bununlada birincini diqtə etməyə çalışırdı.

Təbii ki, əmanət faizlərinin azalması bankların cəlb etdiyi resursların ucuzlaşmasına təsir göstərir. Əhalinin banklardakı əmanətin 7 milyard manatdan bir az artlq olduğunu və eləcə də kredit qoyluşlarının 17.5 milyard manat olduğunu nəzərə aldıqda əmanətlərin kredit portfelini 40 faizini təşkil etdiyini söyləmək olar. Təbii ki, kiçik rəqəm deyil.

Amma fond sığortalanan faiz dərəcələrini azaltmaqla nəyə nail oldu?

Cavab nikbin deyil: kredit faiz dərəcələrinə təsir edə bilməyən fond sığortalanmayan əmanətlərin də məbləğini artırdı. Daha çox əmanət cəlb etmək istəyən banklar depozit faizlərini aşağı salmadılar və təbii ki, daha çox gəlir əldə etmək istəyən vətəndaşlar daha yüksək faizə meyillənir. Məhz bunun nəticəsidir ki, mövcud əmanətlərin 54 faizi qorunsa da 46 faizi qorunmur. Bu isə olduqca riskli mənzərə yaradır: hal-hazırda banklarda olan hər 100 manat əmanətin 45 manatı sığortalanmır. Bu isə, 3 milyard manata yaxın əmanətin qorunmaması deməkdir. Deməli, nəzəri baxımdan bank sektorunda hər hansı çətinlik baş verərsə 3 milyard manat əmanətin taleyi sual altında qalacaq. Söhbət isə kifayət qədər ciddi rəqəmdən gedir.

Bəs, qorunmayan əmanətlərin həcmini azaltmaq üçün fond nə etməlidir?

Əvvəlla, sığortalanan faiz dərəcələrinin kredit faizləri ilə əlaqəsi formalaşdırılmalıdır. Belə ki, sığortalanan faiz dərəcələrini 12 faizədən 10 faizədək azaldılması ilə bağlı qərarından sonra fond bu addımının risk təhlilini aparmalı idi. Xüsusən də, bu qərarın kredit faizlərinə necə təsir etməsi araşdırılmalı idi. Maraqlıdır ki, sözügedən addımın kredit faizlərinə heç bir təsiri müşahidə edilməməsinə baxmayaraq fond sığortalanan əmanət faizlərinin 1 faiz-bənd aşağı salınması ilə bağlı qərar qəbul etdi ki, bu da qorunmayan əmanətlərin həcmini artırdı.

İkincisi, sığortalanan əmanətlərin maksimum məbləği xeyili müddətdir ki, 30 min manat olaraq qalmaqdadır. Bu məbləğin artırılması olduqca vacibdir. Əhalinin gəlirləri artırsa, əmanət qoyluşları çoxalırsa nə üçün sığortalanan əmanətlərin maksiumum məbləği uzun müddət dəyişməz qalmalıdır?

Üçüncüsü, qorunmayan əmanətlərin məbləğinin azaldılması üçün vətəndaşların vəsaitin əmanət və ya banklar arasında sığorta şərtlərinə uyğun bölüşdürülməsi istiqamətində maarifləndirmənin aparılmasına ciddi ehtiyac var.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər