“Bank Avrasiya”dan güzəştli şərtlərlə ipoteka

“Bank Avrasiya” ASC güzəştli şərtlərlə ipoteka kreditlərinin verilməsini davam etdirir.

Kampaniya daxilində adi ipoteka kredlərinin şərtləri :

İllik faiz dərəcəsi – 6.5 %

Kreditin məbləği – 150 000 AZN  

Bank xərcləri -“0” %  –  “0” AZN

Müddət 25 ilədək

Güzəştli İpoteka üçün illik faiz dərəcəsi  4% təşkil edir və kredit 30 il müddətinə verilir.

Bu kampaniya çərçivəsində alqı-satqı prosesini sürətləndirmək məqsədilə sənədləşdirmə işləri də sadələşdirilib. Belə ki, alaçağı evi təyin etmiş müştəri 1 həftə ərzində artıq  mənzilin sahibinə çevrilə biləcək.

 İpoteka kreditlərinin rəsmiləşdirilməsi Bankın Baş Ofisində (Bakı ş, Nizami küç., 112B), “Buta” filialında (Bakı ş, Xəqani küç., 85B) və “Sumqayıt” filialında (Sumqayıt ş., 1-ci məhəllə, ev 2) həyata keçirilir.

“Bank Avrasiya” ASC daim müştəri mənmuniyyətini diqqət mərkəzində saxlayaraq daha keyfiyyətli və müasir bank xidmətləri istiqamətində işləri davam etdirir.

Bu kampaniya çərçivəsində son müraciət tarixi 28.02.2018- ci il tarixidir.

Bank Avrasiya ASC – Asiya ənənələri – Avropa keyfiyyəti!