Bank of Baku-dan İnternet Bankçılıqda “Cash by Code” xidməti

Hər zaman müştərilərinin istək və müraciətlərini nəzərə alan Bank of Baku, İnternet Bankçılıqda “Cash by Code” xidmətindən istidafə imkanı yaratdı.

“Cash by code” – bank kartı olmayan şəxslərə pul vəsaiti göndərmə imkanı yaradan xidmət növüdür. Belə ki, artıq günün istənilən saatında, təhlükəsiz və rahat şəkildə Bank of Baku müştəriləri kart hesablarından pul vəsaitlərini İnternet Bankçılıq vasitəsi ilə bank kartı olmayan şəxsə göndərə biləcəklər.

“Cash by code” xidməti vasitəsilə pul göndərmək istəyən şəxslər, İnternet Bankçılığa daxil olaraq, Pul köçürmələri bölməsindən “Cash by Code”u seçib,

  • Şəxsi mobil nömrəsini qeyd etməli;
  • Vəsaiti alacaq şəxsin mobil nömrəsini daxil etməli;
  • Göndəriləcək məbləği qeyd etməli;
  • Siyahıdan məbləği göndəriləcək kartı seçməli;
  • Məbləği göndərmək üçün “Təsdiqləmək” düyməsinə klik etməlidir.

 

Əməliyyatı tamamladıqdan sonra, pul göndərən şəxsə hər biri 6 rəqəmli olmaqla 2 hissədən ibarət xüsusi kod təqdim edilir.

Kodun birinci hissəsi (birinci altı rəqəm) pul göndərilən şəxsin mobil telefonuna, ikinci hissəsi (ikinci altı rəqəm) isə pul göndərən şəxsin mobil telefonuna SMS-məlumat kimi göndərilir. Köçürmə edən şəxs SMS vasitəsilə əldə etmiş olduğu kodu köçürməni alan tərəfə məlumat verməlidir.

Pulu qəbul edən tərəf vəsaiti əldə etmək üçün,

  • Bank of Baku-nun ATM-ə yaxınlaşmalı;
  • “Cash by Code” opsiyasını seçməli;
  • SMS vasitəsilə və pul göndərən şəxs tərəfindən təqdim olunmuş şifrələri ardıcıllıqla daxil etməlidir.

ATM-ə daxil edilən məlumatlar düzgün olarsa, şəxs vəsaiti əldə edə bilər. Qeyd edək ki, vəsaitin köçürülməsinə görə komisyon haqqı vəsaiti göndərən şəxsdən tutulur. Məbləği qəbul edən tərəf heç bir komissiya ödəmir.

Köçürülmə məbləğinə təyin olunmuş limit və tətbiq olunan tariflərlə bu linkə daxil olaraq tanış ola bilərsiniz.

“Cash by Code” xidməti haqqında ətraflı məlumatla Bankın 145 Məlumat Mərkəzinə zəng edərək və ya Bankın rəsmi Facebook səhifəsinə www.facebook.com/bankofbaku daxil olaraq tanış olmaq olar.

📝 RƏY BİLDİR