26 C
Baku
Friday, April 19, 2024

Bank of Baku “Media ilə görüş” keçirdi

Dünən Azərbaycanın ən böyük banklarından biri olan Bank of Baku 20 illik fəaliyyəti boyu uğurla əməkdaşlıq etdiyi mətbuat nümayəndələri ilə birgə  “Media ilə görüş” adlı tədbir keçirmişdir. Four Seasons otelində baş tutan tədbirə bank nümayəndələri ilə yanaşı bir çox yerli mətbuat nümayəndələri, həmçinin Türkiyənin iqtisadi-siyasi sahədə fəaliyyət göstərən ən fəal jurnalistlərin biri olan Güner Civaoğlu da dəvətli idi.

IMG_0012

İlk olaraq çıxış edən Bank of Baku-nun Müşahidə Şurasının sədri Elçin İsayev media nümayəndələrinin bankın inkişaf tarixində oynadıqları mühüm rolu qeyd etmiş və daim media nümayəndələri ilə əməkdaşlıq etməkdən şad olduğunu bildirmişdir.

Daha sonra çıxış edən türkiyəli məşhur mətbuat nümayəndəsi öz karyerası ilə bağlı uğur prinsiplərindən söz açmışdır. Tədbirin sonunda media nümayəndələrinə Bank of Baku ilə uğurlu əməkdaşlıq səbəbi ilə xüsusi diplomlar təqdim edilmişdir. Qeyd edək ki, Azərbaycanda iqtisadi sahədə ən populyar informasiya portall olan Banker.az saytı da xüsusi diplomla təltif edilən nümayəndələr sırasında idi.

10718970_460860540719696_60566786_n

Son xəbərlər
Digər xəbərlər