“Bank of Baku” müştərilərinə bayram günlərində də xidmət göstərəcək – CƏDVƏL 

Həftənin 7 günü müştərilərinə xidmət göstərən Bank of Baku, Bayram günlərində də fəaliyyətini davam etdirəcək.

Belə ki, Yeni il Bayramı ilə əlaqədar 31 dekabr və 01 yanvar tarixləri Bankda qeyri-iş günü hesab ediləcək. 02-03 yanvar 2018-ci il tarixlərində isə Bankın “Azneft”, “Neftçilər”, “Əhmədli”, “Bakıxanov”, “Sumqayıt” filiallarıBaş İdarəsindəki Müştəri Xidmətləri Departamenti gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək:

Filial 02.01.2018 03.01.2018
Azneft 10:00 – 21:00 10:00 – 21:00
Fasilə (14:00 – 15:00) Fasilə (14:00 – 15:00)
Neftçilər 10:00 – 14:00 10:00 – 18:00
Fasilə (14:00 – 15:00)
Baş İdarə Qeyri-iş günü 10:00 – 14:00
Əhmədli Qeyri-iş günü 10:00 – 14:00
Bakıxanov Qeyri-iş günü 10:00 – 14:00
Sumqayıt Qeyri-iş günü 10:00 – 14:00

 

Qeyd: 30 dekabr 2017-cil tarixində Bank of Baku-nun Bakıda fəaliyyət göstərən bütün filialları, eyni zamanda “Sumqayıt”, “Yeni Gəncə” və “Şirvan” region filialları fəaliyyətini həmişəki iş rejimində davam etdirəcək.

Bayram günlərində Bank of Baku-nun yuxarıda adları çəkilmiş filiallarına yaxınlaşan müştərilər həm Nağd Pul krediti (restrukturizasiya daxil olmaqla) və Bolkart kredit, debet kartları və Dostlar Klubu kartları əldə edə, həm də valyuta mübadiləsi və Təcili Pul köçürmə xidmətindən faydalana bilərlər.

Qeyd edək ki, qeyri-iş günlərində Bankın Bakıda və regionlarda fəaliyyət göstərən digər filialları və partnyor mağazaları da ödəniş terminalları vasitəsilə müştərilərin xidmətində olacaq.

Belə ki, müştərilər kredit və digər ödənişlərini bankın filiallarında 24/7 iş rejimində çalışan ödəniş terminalları və qırmızı “MilliÖn” və “eManat” ödəniş terminalları vasitəsilə, eləcə də, www.bankofbaku.comwww.e-pul.azwww.hesab.az saytları vasitəsi ilə həyata keçirə bilərlər.

Müştərilər eyni zamanda, bir çox bank əməliyyatlarını Bank of Baku-nun İnternet Bankçılıq xidmətindən istifadə etməklə icra edə bilərlər.

“Bank of Baku”-nun filialları və ünvanları haqqında ətraflı məlumatla bu linkə daxil olaraq tanış ola bilərsiniz: http://www.bankofbaku.com/az/filials-and-atms/fillials

📝 RƏY BİLDİR