15 C
Baku
Saturday, April 20, 2024

Bank of Baku -nun Səməd Vurğun filialı fəaliyyətə başladı

Bank of Baku -nun Səməd Vurğun filialı bankın sayca artıq 22-ci filialıdır. Filial “28 may” metrosunun yaxınlığında, Nəsimi rayonu, Puşkin küçəsi, 12/14 ünvanında yerləşir (Səməd Vurğun parkının yaxınlığı). Bank filialı bazar ertəsindən şənbəyə kimi saat 9.00-dan 17.00-a kimi müştərilərə bütün növ bank xidmətləri göstərir.

Yeni filialın açılışı münasibətilə “Bank of Baku”-nun Baş Direktoru Fərid Əlizadə bildirib ki, filial şəbəkəsinin inkişafı üzrə bankın strateji proqramı uğurla həyata keçirilməkdədir.
“Dəyərli müştərilərimizi daha bir Yeni il hədiyyəsi ilə məmnun etmək üçün səylərimizi əsirgəmədik. Yeni filial füsünkar paytaxtımızın mərkəzi hissəsində, Səməd Vurğun parkının bir addımlığında yerləşir və ən müasir bank avadanlığı və texnologiyalarla təchiz edilib.

Filialda bütün bank xidmətləri, o cümlədən, kiçik və orta sahibkarlığın kreditləşməsi kimi xidmətlər göstərilir. Biz yeni filialda müştərilərimizi görməyə şad olarıq və dinamik inkişaf edən şəhər iqtisadiyyatına yeni töhfəmizlə qürur duyuruq”.

Son xəbərlər
Digər xəbərlər

1 comment

Comments are closed.