15 C
Baku
Friday, April 26, 2024

Bank “BTB” ASC “Qızıl təminatlı kredit” məhsulu üzrə faiz dərəcəsini endirib

Bank “BTB” ASC “Qızıl təminatlı kredit” məhsulu üzrə kredit kampaniyası elan edir. Belə ki, kampaniya müddətində kredit üzrə aylıq faiz dərəcəsi 1,9% – dək endirilib. Kreditin maksimal məbləği 10000 AZN, maksimal müddəti isə 24 aydır.

Müştərilər istənilən əyarda qızıl əşyalarını girov qoyaraq, bankdan nağd pul əldə edə biləcəklər. Qızıl əşyaları bank tərəfindən təyin olunmuş qiymətləndirici tərəfindən qiymətləndirilir. Kreditin əldə olunması üçün müştəridən cari iş fəaliyyəti, ümumi iş stajı, həmçinin zamin tələb olunmur.  Krediti almaq üçün tələb edilən sənəd kimi yalnız şəxsiyyət vəsiqəsi kifayət edir.

Bank xidmətləri haqqında (012) 946 nömrəli Məlumat Mərkəzindən, www.btb.az  rəsmi saytından və ya bankın www.facebook.com/bankbtb  ünvanında olan Facebook səhifəsindən ətraflı məlumat almaq mümkündür.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər