Bank depozit seyfləri bazarına girib

Banker.az xəbər verir ki, NBC Bank təklif etdiyi məhsullar sırasına “Fərdi Bank Seyfləri” ni əlavə edib.

Bir müddət öncə müvafiq məhsul üzrə geniş bazar araşdırmasını sizlərə təqdim etmişdik. Bu xidmət digər kommersiya Bankları tərəfindən uzun müddətdir təklif edilməsinə baxmayaraq NBC Bank tərəfindən təklif edilmirdi. Lakin Bankın sosial şəbəkələrdəki səhifələrindən aldığımız məlumata görə artıq bu xidmət Bankda mövcuddur. Depozit seyflərinin ölçüləri və icarə haqqları barədə aşağıdakı cədvəldə geniş məlumat ala bilərsiniz.

Seyflərin ölçüləri İcarə müddəti 6 ayadək olduqda

1 aylıq tarif

İcarə müddəti 7-12 ay olduqda

1 aylıq tarif

5 sm * 28.5 sm * 41 sm 18 AZN 15 AZN
15 sm * 28.5 sm * 41 sm 20 AZN 17 AZN
30 sm * 28.5 sm * 41 sm 22 AZN 19 AZN
45 sm * 28.5 sm * 41 sm 24 AZN 21 AZN
60 sm * 28.5 sm * 41 sm 26 AZN 23 AZN

 

Seyfin açarının itirilməsinə görə cərimə – 150 AZN