Bank fəaliyyətinə nəzarət departamentinin Xarici nəzarət idarəsinin rəisi
Namizədə dair tələblər:
– Ali təhsil (maliyyə/iqtisadi).
– Rəhbər vəzifə üzrə 3 illik iş təcrübəsi.
– Maliyyə qanunvericiliyi üzrə biliklər;
– Maliyyə hesabatları ilə işləmək və maliyyə analizi aparmaq, tədqiqat aparma, təhlil etmə və analitik hesabat tərtib etmək bacarığı;
– Ünsiyyətqurma və komandada işləmək bacarığı, fikirlərini yazılı şəkildə aydın və dolğun çatdırma bacarığı.
– Səlis Azərbaycan, yüksək səviyyədə ingilis dili bacarığı.
– MS Office proqramları.
İşin təsviri:
– Bank sisteminin dövrü analizini, sektorda və bank qruplarında müşahidə olunan tendensiyaları və potensial riskləri qiymətləndirilməsini təmin edir;
– Nəzarət prosesinin bütün mərhələlərində müvafiq nəzarət alətləri vasitəsilə bankların fəaliyyətini, maliyyə vəziyyətini və göstərişlərin icra statusunun izlənməsini və risk əsaslı nəzarətin həyata keçirilməsini təmin edir;
– Banklar üzrə nəzarət strategiyasının müəyyən edilməsində iştirak edir, nəzarət prosesi çərçivəsində banklara qarşı müvafiq tədbir və göstərişlər barədə təkliflər verir;
– Nəzarət prosesi çərçivəsində bankların nümayəndələri ilə əlaqə saxlayır və ya görüşlər həyata keçirir;
Vakansiyanın tələblərinə uyğun gəldiyiniz halda, CV formasını tam dolduraraq e-mailin “subject” hissəsində vakansiyanın adını qeyd etməklə [email protected] ünvanına göndərə bilərsiniz.