8 C
Baku
Friday, March 29, 2024

Bank işçiləri üçün xüsusi kredit

Azər –Türk Bank Azərbaycanın bütün banklarının əməkdaşları üçün “Həmkarım kreditini” təqdim edib. Bu kredit məhsulundan Mərkəzi Bankı və bütün banklarla yanası kredit təşkilatı olan, FİNCA Azerbaijanın əməkdaşları faydalana bilər.

Bu kredit məhsulunun digərlərindən fərqi illik faiz dərəcəsinin aşağı olmasıdır.  Həmkarım krediti məhsulunun illik faizi 15-18% arasında dəyişir.

Kreditin maksimal məbləği 50 000 AZN-dək nəzərdə tutulub. Krediti 36 aya qədər götürə bilərsiniz. Müddətdən asılı olaraq illik faiz 15-18% arasında dəyişə bilər. Kredit üçün nəzərdə tutulan komissiya haqqı isə 1-2% arasında dəyişir.

Belə ki,  bank işçisi olan kişilər üçün yaş həddi  22- 62, qadınlar üçün isə   minimum 22 və maksimum 62 yaş 22 – 59 yaşdır. Daha dəqiq desək,  kredit müddətinin bitmə tarixi müştərinin təqaüdə çıxma yaşı ilə məhdudlaşır.

Krediti əldə etmək üçün son iş yerindən minimum 6 ay iş stajınız olmalıdır. Kreditin məbləğindən asılı olaraq zamin və yaxud girov tələb olunur.

  • 5, 000 AZN qədər – 1 zamin;
  • 5, 001 AZN – 15, 000 AZN qədər – 2 zamin,
  • 15, 000 AZN-dən yuxarı maddi girovla (daşınar və ya daşınmaz əmlak)

Tələb olunan sənədlər:

  • şəxsiyyət vəsiqəsi
  • zaminin şəxsiyyət vəsiqəsi
  • İş yerindən arayış (kredit götürən və zamin üçün)
  • İpoteka olaraq alınacaq əmlaka dair mülkiyyət hüququnu təsdiq edən sənədlər

Bank tərəfindən ehtiyac yarandığı zaman digər sənədlər də tələb oluna bilər.

  • Ehtiyac yarandıqda digər sənədlər
  • Kredit-təminat sənədləri
  • Kredit müqaviləsi
  • Zaminlik müqaviləsi

Bank işçisi olan və kreditə ehtiyacı olan şəxslər Azər-Türk Bankın “Həmkarım krediti” məhsulundan faydalana bilərlər.

Son xəbərlər
Digər xəbərlər