Bank kartları növləri üzrə ipucular

Debet kart overdraft olduqda çaşqınlıq içərisində bu çətin lüğətdən baş açmaq üçün banka doğru qaçmaq lazım gəlir. Banker.az məhz belə hallar üçün bank kartlarının bütün növləri üzrə ipucu hazırlayıb.

Depozit edilmiş vəsaitlər üzrə:

Bütün kartların növlərə ayrılması zamanı əsas kriteriya onda hansı vəsaitlərin  – şəxsi və yaxud borc vəsaitin – yerləşdirilməsidir. Şəxsi vəsaitlər debet, borc vəsaitlər isə kredit kartlarında saxlanılır. Bütün qalanlar isə yalnızca əlavədir.

Debet kartları

Debet kartları – yalnız öz pul vəsaitlərinizi qoyaraq istifadə edə biləcəyiniz kartlardır.

  1. Overdraft ilə. Bank belə kartların sahiblərinə öz vəsaitləri kifayət etmədikdə kiçik məbləğdə pul götürməyə icazə verir. Bu overdraft üçün kreditdə olduğu kimi faiz hesablanır.
  2. Overdraftsız. Hər şey sadədir: overdraft yoxdur, bu isə o deməkdir ki, kartınızdan mənfiyə hesablanan məbləğ olmayacaq.

Kredit kartları

Kredit kartları – içərisində bankın pul vəsaitlərinin olduğu kartlardır.

  1. Güzəştli dövr ilə.  Bu kartdan istifadə edərək pulları güzəşt müddəti ərzində geri qaytarmaq və faiz ödəməmək mümkündür.
  2. Güzəştsiz dövr ilə. Burada artıq təyin edilmiş müəyyən faiz dərəcəsi və yaxud kredit limitindən istifadə olunmasına görə komissiya haqqı var.

Xidmətə görə

Bütün kartları standartdan tutmuş platinə qədər xidmət növünə görə siniflərə ayırmaq mümkündür. Burada fərq bankdan kart sahibinə verilən üstünlüklərdədir. Bu yüksək bonuslar, şəxsi menecer, sığorta və hətta hüquqi kömək də ola bilər.

Sərfəli şərtlərlə

Əmək haqqı kartları, gənclər üçün nəzərdə tutulmuş xüsusi kartlar, təqaüd və digər kartlar adətən sərfəli şərtlər ilə fərqlənir. Sözügedən bu sərfəli şərtlərə isə komissiya həcmi (və yaxud komissiya haqqının olmaması), kart açmaq üçün ödəniş və xidmət daxildir. Əmək haqqı və tələbə kartlarının müsbət cəhəti ondan ibarətdir ki, bank hər ay gəlirinizin həcmini və stabilliyini görür və buna əsasən daha sərfəli kreditləşmə şərtləri təklif edə bilər.

Ən vacib məsləhət. Kart seçərkən müqavilənin şərtlərini diqqətlə oxuyun: onun istifadə müddəti, xidmət haqqı, nəzərdə tutulan bonuslar. Bank mütəxəssisinə sual verməkdən çəkinməyin. Bank haqqında hər şeyi bilməyə məcbur deyilsiniz, lakin qaranlıq qalan məsələlərin və müqavilədəki sualların aydınlaşdırılmasına əlavə olaraq sərf edilmiş 20 dəqiqə xoşagəlməz sürprizlərdən qaçmağa imkan verəcək.