Bank kartları sənayesinin fəal inkişaf etdiyi regionlar

RBR – Global Data Cards and Forecasts 2021 hesabatında qeyd edilir ki, Yaxın Şərq və Afrika bank kartları sənayesinin digər yerlərə nisbətən daha fəal şəkildə inkişaf etdiyi regionlardır.

Banker.az saytının verdiyi məlumata görə, araşdırmanın nəticələrinə görə, 2015-ci ildə Yaxın Şərq və Afrikada buraxılan kartların sayı 13% artıb və 611 milyona çatıb. Bu dünya üzrə ən yüksək artım göstəricisidir.

Bu əsas olaraq bu regionlarda insanların əksəriyyətinin bu zamana qədər bank kartının olmaması faktı ilə əlaqədardır. Bu səbəbdən də, bu bazarın artım potensialı və beynəlxalq ödəniş sistemləri üçün cəlbedicilik şansları böyükdür.

RBR proqnozlarına əsasən, 2021-ci ilin sonuna qədər bu regionda bank kartı sayı 910 milyona çatacaq.
Hazırda ödəniş sənayesinin fəal şəkildə inkişaf etdiyi yer İrandır. Burada bu son zamanlara qədər qüvvədə olan beynəlxalq sanksiyalar tərəfindən bütün kartlar milli ödəniş sistemi tərəfindən buraxılırdı.

Bundan əlavə, İsrail, Mərakeş, Nigeriya və Səudiyyə Ərəbistanı da milli ödəniş sisteminə sahibdir. Beynəlxalq rəqiblərin məhsulları ilə müqayisədə emissiya üçün daha az xərc tələb edən milli kartlar böyük tələbatla istifadə olunur.