23 C
Baku
Friday, April 19, 2024

Bank məhsullarının inteqrasiya edilməsi

Banklarda cəmi bir neçə əsas hesab növü mövcuddur, lakin onlar da öz aralarında müxtəlif xırda növlərə ayrılır.

Amma özlüyündə bu yeni bank məhsullarının inkişafına və xidmət təkliflərinin irəli sürülməsinə mane olur, çünki o bankın fəaliyyətini çətinləşdirir, əməliyyat xərclərini artırır, axı fərqlənməsi üçün hesablara yeni detallar və elementlər əlavə olunur. Keçmiş bahalı metodları əbədiləşdirmək –təəssüf ki, tərəqqinin heç də ən yaxşı dostu deyil.

Digər vacib nüans odur ki, müştəri –böyük ehtimal ki, bank əməkdaşının azacıq dəstəyi, amma əksər hallarda tamamilə müstəqil şəkildə öz probleminin həlli yolunu tapmalıdır. Heç cürə demək mümkün olmur ki, banklar çoxtərəfli problemlərin birmənalı konkret çıxış yolunu təqdim edirlər. Məsələ bundadır ki, müştərilər bank işçilərindən kömək və öz problemlərinin çıxış yolunu göstərməyi gözlədiyi halda, bank əməkdaşları məhsul satışı ilə məşğuldurlar.

Nəzərə alsaq ki, 30-a yaxım əsas məhsul növü və onların da sonsuz sayda çeşidləri vardır, personalın vaxtı isə məhduddur, bütün bunlar ilə yanaşı jurnal və qəzetlərdə reklam yerləşdirmək imkanları da məhdudlaşır –onda bu sistemin necə işə yaradığını söyləmək olar? Daha məntiqi olmazdı ki, əvvəlcə müştərinin məqsədini müəyyən edib, bütün maneələri aradan qaldırıb, daha sonra onun probleminin ən yaxşı həll yolunu təklif edəsən?

Müştərinin rastlaşmaq məcburiyyətində qaldığı və uzun illər ərzində yığılmış müxtəlif xidmətlər və məhsullar inteqrasiya edilmiş deyillər, çünki məhsulların inteqrasiya edilməsi və müxtəlif dağınıq məhsulların müştəriyə təqdim edilməsi üçün istifadəçi interfeysinin yaradılması fərqli şeylərdir. Bundan əlavə banklarda daima müxtəlif məhsul və xidmətlərin qiymət formalaşdırılması qeyri-məntiqi şəkildə həyata keçirilir, faiz dərəcələri bəzən rəqabətə davamlı olmur, məsrəflər çox yüksəkdir. Bu aspektlərin heç birinə göz yummaq və ya onları əhəmiyyətsiz adlandırmaq olmaz.

Çox güman ki, İNG Direct kompaniyasının əmanət hesabları modelinin sadəliyi xalqın ürəyincə olub, həmçinin də müddətlərin aydın göstərilməsi və ucuz hava yollarından istifadə imkanı. Əgər bunun nəticəsində onların kredit faizləri və yığımları daha əlverişli olarsa, onda dediklərimiz öz məntiqi əsasını tapmış olacaq. Bundan fərqli hallarda isə, üç bank hesabı olan bir şəxsin bankın məlumat şöbəsinə zəng etdiyi və onlardan problemi həll etməyi xahiş etdiyi hallarda məlumdur. Gərəkdir ki, bank işçisi özündə 36000 detalı birləşdirən bu problemi həll edə bilə. Personalın gücləndirilmiş təlimi olmadıqda çoxlu sayda pərişan müştərilər kontingenti yaranacaq.

Amma ən çox xoşagəlməzliklər və çətinliklər ortaya çıxan fəsadları aradan qaldırmaq istəyəndə başlayır. Məsələn, əməkhaqqı müştərinin hesabına gec daxil olur, buna görə də onun etməli olduğu müxtəlif ödənişlər də gecikir. Zəncirvarı reaksiya ona gətirib çıxarır ki, müştərinin əməkdaşlıq etdiyi bütün şirkətlərdən narazılıq məktubları tökülüb gəlir və onlar müştəridən gecikmiş borcları qapamağı tələb edirlər. Üstəgəl cərimələr və digər xoşagəlməzliklər bu anlaşılmazlıqlardan baş çıxarmaq və bütün problemləri sovuşdurmaq üçün telefonun dəstəyini bir neçə dəfə əlinizə almalı olacaqsınız.

Son xəbərlər
Digər xəbərlər