19 C
Baku
Tuesday, April 16, 2024

Bank məsləhətçilərini robotlar əvəz edə bilərmi?!

Amerikanın nəhəng banklarından biri olan Bank of America maliyyə məsləhətçiləri ştatını robotlarla genişləndirməyi planlaşdırır. Bank artıq gələn ildən robot məsləhətçilərini özünün filialı olan Merill Lynch investisiya bankının şöbələrində işə salmağı planlaşdırır.

Bank of America internetdə insanlarla minimal kontakt sayəsində investisiya məsləhətləri təqdim edən alqoritmlərdən istifadə edən robotları işə cəlb etməyi nəzərdən keçirir. Bank belə güman edir ki, bu innovativ texnologiya yeni gənc investorlar cəlb etməyə kömək edəcək. Belə ki, onlar ilk növbədə rəqib platformasına sərmayə yatırır. Bundan əvvəl isə, Morgan Stanley və Wells Fargo kimi nəhəng şirkətlər də robot məsləhətçilər ala biləcəkləri barədə planlarını açıqlamışdılar. Qeyd edək ki, hazırda hər iki şirkətdə minlərlə maliyyə məsləhətçisi çalışır.

Bank of America 150-dən artıq ölkədə müştərilərə xidmət göstərən çox profilli maliyyə təşkilatıdır. Bankın dünyada sahib olduğu şöbələrinin sayı 6 minə yaxındır və ştatında 170 min əməkdaş çalışır.

Son xəbərlər
Digər xəbərlər