Bank of Montreal kriptovalyuta əməliyyatlarını block edir. BTC ucuzlaşıb

Kanadanın ən böyük banklarından birinin nümayəndələri hələ keçən həftə ortaya çıxan şayiələri təsdiqləyiblər. Bitcoin-in dəyəri 7000 dollar göstəricisindən də aşağı düşüb.

Kanadanın ən böyük banklarından biri Bank of Montreal (BMO) kriptovalyuta alışı zamanı debet kartlardan istifadəyə qadağa qoyub. Bu haqda şirkətin nümayəndələri e-mail vasitəsilə CoinDesk-ə məlumat veriblər. Təşkilat bu qərarın nə ilə bağlı olduğu haqda heç bir məlumat bildirməyib.

Mən təsdiq edə bilərəm ki, biz artıq Interac Online Payments sistemi vasitəsilə, MasterCard şirkətinin kredit və ya debet kartlarının köməyilə kriptovalyuta alınmasına icazə vermirik”, – deyə BMO-nun mətbuat xidmətində məlumat verilib.

Hələ keçən həftə Reddit istifadəçilərindən biri özünü bankın əməkdaşı kimi təqdim edərək “müştərilər üçün elektron məktub” skrinşotunu təqdim etdikdə, mümkün qadağa haqda şayiələr meydana gəlmişdi, məktubda rəqəmsal pulların kursunun tez-tez dəyişməsi ilə bağlı yaranan maliyyə risklərindən istifadəçilərin daha yaxşı qorunması üçün rəqəmsal pullar ilə əməliyyatların qadağan olunması haqqında məlumat əks olunmuşdu.

Eyni zamanda, Danimarkanın ən böyük bankı Danske Bank, kriptovalyutalara bir neçə səbəbdən: yüksək dəyişkənlik, investorların qorunmaması və tənzimləmənin kifayət olmamasına görə mənfi münasibətini bildirən bir hesabat yayımladı. Lakin təşkilatın müştəriləri əvvəlki kimi debet və kredit kartlarının köməyilə rəqəmsal pul ala bilərlər.

Son 24 saat ərzində rəqəmsal pul bazarının ümumi kapitalizasiyası 20 milyard dollar azalıb, BTC-nin orta bazar qiyməti yenidən 7000 dollar göstəricisindən aşağı düşüb, sikkə 6850 dollar səviyyəsində satılır. Ötən gün ərzində onun kursu 8% aşağı düşüb.

📝 RƏY BİLDİR