16 C
Baku
Thursday, April 18, 2024

Bank mütəxəssislərinə tövsiyə

Müəllif: Zahid Şaliyev ,TuranBank, Mikro-Biznes şöbəsinin müdiri

Ötən məqalələrimizin birində bazar durğunluğu şəraitində Bankların atmalı olduğu addımlar barədə danışmışdıq. Eyni zamanda qeyd etmişdik ki, bank bazarının daraldığı bir vəziyyətdə keyfiyyətli xidməti təmin etməklə və keyfiyyətli təhlil aparmaqla bazar payını qoruyub saxlamaq, hətda genişləndirmək mümkündür. Bu isə banklarda insan resursları siyasətinin səmərəli təşkili və idarə edilməsindən birbaşa asılıdır.

Eyni zamanda qeyd etmək istərdim ki, bank mütəxəssisləri gözləməli deyil ki, bank rəhbərliyi onu nə zaman təlim kurslarına göndərəcək. Mütəxəssislər hər şeydən öncə şəxsi inkişafı haqqında düşünməlidir. O başa düşməlidir ki, işlədiyi təşkilat ona gördüyü işlərin müqabilində əmək haqqı ödəyir və gördüyü işin keyfiyyəti və icra səviyyəsi işçinin reputasiyasını formalaşdırır. Verilən tapşırıqların peşəkar icrası və nəticələrin ürəkaçan olması üçün mütəxəssislərdən bir çox keyfiyyətlər tələb olunur:

  • ictimai-vətəndaş yetkinliyi;
  • əməyə münasibəti;
  • bilik səviyyəsi və iş təcrübəsi;
  • təşkilatçılıq qabiliyyəti;
  • insanlarla işləmək bacarığı;
  • sənədlərlə və informasiya ilə işləmək bacarığı;
  • qərarları vaxtında qəbul etmək və reallaşdırmaq bacarığı;
  • yenilikləri görmək və onları dəyərləndirmək bacarığı;
  • xarakterin əxlaqi-etik əlamətləri;
  • təhlil və ya analiz etmək bacarığı və s.

Göstərilən keyfiyyətləri özündə cəmləşdirmək və işində peşəkarlığı nümayiş etdirmək üçün hər bir mütəxəssis daim öz üzərində işləməli və bacarıqlarını yüksəltməlidir. Bank mütəxəssisi üçün şəxsi inkişaf meyarlarına aşağıdakıları daxil etmək olar:

  • İqtisadiyyatın bütün sahələri üzrə məlumatlı olmalı;
  • Sosial-iqtisadi qanunvericiliklə yaxından tanış olmalı;
  • Şəxsi psixoloji keyfiyyətlərini artırmaq üçün tanınmış psixoloqların, menecerlərin, blogerlərin və iş adamlarının əsərlərini oxumalı;
  • Çeşidli təlimlərdə iştirak etməli;
  • Biznes seminarlarda iştirak etməli;
  • Xarici dillər öyrənərək beynəlxalq təcrübəyə yiyələnməli;
  • Bank bazarının konyunkturasını izləməli;
  • Cəmiyyətdə baş verən yenilikləri mütəmadi olaraq izləmək;
  • Sosial-iqtisadi dəyişiklikləri diqqətdə saxlamaq, proqnozlar vermək;
  • Bazarda baş verən dəyişiklikləri izləyərək alternativ məhsullar hazırlamaq;
  • Novator, təşəbbüskar olaraq, təkliflərlə çıxış etmək və s.

Bir sözlə mütəxəssis öz bilik və bacarıqlarına vaxtaşırı investisiya etməlidir. Əgər bazar prizmasından yanaşsaq, mütəxəssisin bilik və bacarıqları onun əmtəəsidir. Hər bir biznes adamı bazara təklif etdiyi əmtəənin keyfiyyətli və bazar tutumlu olmasında maraqlı olmalıdır. Belə ki, mütəxəssis gözləməli deyil ki, onun rəhbəri onu nə zaman təlimə göndərəcək və ya hər hansı seminarda iştirakını təmin edəcək.

Son xəbərlər
Digər xəbərlər

2 ŞƏRH

Comments are closed.