5 C
Baku
Friday, March 29, 2024

Bank of America dollar və avro ilə bağlı proqnozlarını açıqladı

Goldman Sachs və Bank of America analitikləri 2015-ci ilin sonunda dollarla avro arasında bərabərliyin əldə ediləcəyini proqnozlaşdırırlar. 

MarketWatch-un verdiyi məlumata görə, avqust ayının əvvəlindən başlayaraq ABŞ FES-nin sentyabrda faiz dərəcələrini artırması ilə bağlı şansları əhəmiyyətli dərəcədə azalsa da Goldman Sachs və Bank of America analitikləri öz proznozlarında dəyişiklik etmirlər.

Beləliklə, Goldman Sachs-ın keçən həftə təqdim edilən araşdırmasına əsasən , 12 ay ərzində avronun məzənnəsi 95 sentə enəcək. Bank of America analitikləri isə əvvəl olduğu kimi cari ilin sonunda dollar və avro arasında paritetin əldə ediləcəyini deyirlər.

Qeyd edək ki, yaxın zamanda FES-nin faiz dərəcələrini qaldırması ilə bağlı ehtimalların azalması fonunda, bazar ertəsi 24 avqust tarixində dolların məzənnəsi avro ilə münasibətdə 7 aylıq minimuma enmişdi.

Son xəbərlər
Digər xəbərlər