16 C
Baku
Friday, April 19, 2024
Home Maliyyə xəbərləri Bank xəbərləri Bank of Baku-dan Bolkartlılara “Novruz Xonçası” kampaniyası

Bank of Baku-dan Bolkartlılara “Novruz Xonçası” kampaniyası

0
Bank of Baku-dan Bolkartlılara “Novruz Xonçası” kampaniyası

Novruz Bayramı ərəfəsində Bank of Baku Bolkart sahibi müştərilərinə özəl silsilə kampaniyalara start verir.

“Novruz Xonçası” adı altında elan edilən 3 fərqli kampaniya Bolkart sahiblərinə Bayramı daha gözəl və xoş keçirmələrinə imkan yaradacaq.

Kampaniya 1. Bolkartla alış-veriş et, 300 AZN-ə 30 AZN cash-back qazan!

Bolkart novruz xoncasi 215 – 25 mart 2018-ci il tarixlərini əhatə edən kampaniya çərçivəsində Bolkart kredit kart sahibləri nağdsız formada istənilən mağazada 300 AZN və daha çox məbləğdə etdikləri alış-verişə görə 30 AZN həcmində cash-back qazanacaqlar.

Kampaniya 2. Bolkartla xaricdə alış-veriş et, 2 qat BONUS qazan!

Bolkart novruz xoncasi 1Bank of Baku, bayramı xaricdə keçirən müştərilərini də unutmadı. 25 mart 2018-ci il tarixinə kimi Bolkart kredit və ya Bolkart debet kartı ilə xaricdə alış-veriş edən hər kəs 2 qat BAL qazanacaq.

Qeyd edək ki, kart balansında toplanan BAL-lardan istifadə edərək pulsuz alış-veriş etmək mümkündür. Belə ki, 1 BAL = 1 AZN kimi qiymətləndirilir. Kart balansında 100 BAL varsa, kart sahibi 100 AZN dəyərində alış-veriş edə bilər.

Kampaniya 3. Bolkartla 80 AZN və daha çox məbləğdə alış-veriş edənlərə +2 ay HƏDİYYƏ!

Bolkart novruz“Novruz xonçası”nın üçüncü kampaniyası “80 AZN və daha çox məbləğdə alış-veriş edənlərə +2 ay HƏDİYYƏ!” şüarı altında həyata keçirilir.

Kampaniya çərçivəsində Bolkart partnyor şəbəkəsinə daxil olan mağazalarda alış-veriş edən müştərilər ödənişlərinə +2 ay HƏDİYYƏ qazanacaqlar.

Yəni, kampaniya dövrü ərzində Bolkart sahibləri 3 ay müddətinə etdikləri alış-verişlərin xərcini 5 aya, 6 ay müddətinə etdikləri alış-verişlərin xərcini 8 aya, 12 ay müddətinə etdikləri alış-verişlərin xərcini isə 14 aya bala-bala ödəyəcəklər.

Kampaniya 25 mart 2018-ci il tarixinə kimi keçərlidir.

Bank of Baku-nun keçirdiyi “Novruz Xonçası” və digər kampaniyalar haqqında daha ətraflı məlumatla bankın 145 Məlumat Mərkəzinə zəng edərək və ya Bolkartın Facebook səhifəsinə daxil olaraq https://www.facebook.com/Bolkart tanış ola bilərsiniz.