15 C
Baku
Saturday, April 20, 2024

Bank of Baku, tibb işçilərinə özəl 3 yeni kampaniyaya start verir

17 iyun – Tibb İşçilərinin Peşə Bayramı günü münasibətilə, Bank of Baku onların ürəklərini döyündürəcək 3 fərqli kampaniyaya start verir.

10-25 iyun 2017-ci il tarixləri arasında keçirilən aşağıdakı kampaniyalardan həm tibb sahəsində, həm də vəzifəsindən asılı olmayaraq səhiyyə müəssisələrində çalışan hər bir şəxs faydalana bilər.

Kampaniya 1. Nağd pul kreditlərinə 3% ENDİRİM!BoB 3lu kampaniya general

12-23 iyun tarixlərini əhatə edən kampaniya çərçivəsində tibb sahəsində və səhiyyə müəssisələrində çalışan şəxslər Bank of Baku-dan 10.000 AZN-dək Nağd Pul kreditini aşağıdakı güzəştli şərtlərlə əldə edə biləcəklər:

  • İllik faiz dərəcəsinə 3% ENDİRİM;
  • Rəsmiləşdirmə komissiyası 0%;
  • Əmək haqqı tələbi vergilər daxil min. 200 AZN;
  • Ödəniş müddəti 3-24 ay;
  • Maaş kartı digər banklarda olan şəxslərə kredit almaq imkanı;
  • Məbləğdən asılı olaraq ZAMİNSİZ KREDİTLƏŞMƏ;
  • ÇEVİK rəsmiləşmə.

Kampaniya 2. Bolkart kredit və debet kartlarına 50% ENDİRİM!

Bolkart hekim 50Bankın ayırdığı kredit xəttindən istifadə imkanı yaradan Bolkart kredit və şəxsi vəsaitdən istifadə üçün nəzərdə tutulmuş Bolkart debet kartlarını əldə etmək istəyən tibb işçiləri aşağıdakı kartları 50% endirimlə əldə edə bilərlər:

  • Bolkart Gənc kredit5 AZN, standard qiyməti 10 AZN;
  • Bolkart Ailə kredit10 AZN, standard qiyməti 20 AZN;
  • Bolkart Gold kredit20 AZN, standard qiyməti 40 AZN;
  • Bolkart Diamond kredit75 AZN, standard qiyməti 150 AZN.
  • Bolkart Gənc debet – 7.50 AZN, standard qiyməti 15 AZN;
  • Bolkart Ailə debet – 12.50 AZN, standard qiyməti 25 AZN;
  • Bolkart Gold debet – 25 AZN, standard qiyməti 50 AZN;
  • Bolkart Diamond debet – 75 AZN, standard qiyməti 150 AZN.

Kampaniya 3. Bolkartla kampaniya dövründə alış-veriş etmiş 31 şəxsə toplam 1000 BAL HƏDİYYƏ!BoB nagd pul 3 endirim

10-25 iyun tarixləri arasında Bolkartla alış-veriş etmiş tibb işçiləri Bank of Baku-dan pul ekvivalentinə bərabər BAL-lar qazana bilərlər. Belə ki, kart növündən asılı olmayaraq kampaniyanın keçirildiyi dövr ərzində Bolkartla ən çox alış-veriş etmiş 31 şəxsə aşağıdakı şərtlərlə toplam 1000 BAL hədiyyə olunacaq:

  • 1 nəfər – 100 BAL;
  • 10 nəfər – 50 BAL;
  • 20 nəfər – 20 BAL.

Ballardan istifadə zamanı 1 BAL = 1 AZN kimi qiymətləndirilir. Kart balansında 100 BAL-ın mövcudluğu, 100 AZN dəyərində alış-veriş etmək imkanının olması deməkdir.

Bu kampaniyada həm Bolkart kredit, həm də Bolkart debet kart sahibləri iştirak edə bilər.

Kampaniyalar haqqında daha ətraflı məlumatı Bankın 145 Məlumat Mərkəzinə zəng edərək və ya rəsmi Facebook səhifəsinə www.facebook.com/bankofbaku daxil olaraq öyrənmək olar.

Son xəbərlər
Digər xəbərlər