15 C
Baku
Saturday, April 20, 2024

“Bank of Baku”ya müvəqqəti rəhbər təyin olunub

“Bank of Baku” ASC-nin İdarə Heyətinin (İH) sədri vəzifəsinə müvəqqəti icraçı təyin edilib. Banka rəhbərlik İH-nin sədr müavini Zaur Qaraisayevə həvalə edilib.

O, yeni vəzifəsində Abbas İbrahimovu əvəz edib. A.İbrahimovun isə Azərbaycan Beynəlxalq Bankına transfer olunduğu bildirilir.

Xatırladaq ki, “Bank of Baku” 1994-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 52,87 mln. manatdır. Bankın səhmlərinin 35%-i Türkiyənin “NAB Holding”inə, 31,11%-i Hikmət Abuzər oğlu İsmayılova (“Azsığorta” ASC-nin 100%-lik səhmdarı), 28,89%-i “Azpetrol” neft şirkətinə, 5%-i isə Elçin Həmid oğlu İsayevə (Müşahidə Şurasının sədri) məxsusdur.

Report

Son xəbərlər
Digər xəbərlər