23 C
Baku
Saturday, April 20, 2024

“Bank of Bank” mənfəət əldə edib

“Bank of Baku” ASC (BoB) 2018-ci ilin ilk 3 ayı ərzində xalis mənfəətə çıxıb.

Banker.az xəbər verir ki, bu barədə BoB-un cari ilin ilk rübü üçün açıqladığı maliyyə hesabatında deyilir.

Hesabata görə, cəmi gəlirləri – 11,91 mln. manat təşkil edib ki, bunun da 10,98 mln. manatı cəmi faiz gəlirləri təşkil edib. Bankın ümümi xərcləri isə 34,02 mln. manat təşkil edib və bunun da 29,62 mln. manatı qeyri-faiz xərcləridir.

Lakin, ötən ilin əksi olaraq bu il ilin ilk yanvar-mart ayları ərzində bankın mümkün zərərlərin ödənilməsi üçün yaratdığı ehtiyatlarının 22,34 mln. manatı gəlirə çevrilib. Gəlirə çevrilmiş ehtiyatların bir hissəsi xərclərin ödəməklə yanaşı BoB-un 234 min manat xalis mənfəət əldə etməsinə səbəb olub. Qeyd edək ki, ötən ilin analoji dövründə gəlirlərinin 18,71 mln. manatını ehtiyyatlara ayırmışdı.

Bank of Baku-nun aktivlıri 3 ay ərzində 22% kiçilərək 311,83 mln. manat olub. Bunun da 177,83 mln. manatı kredit portfelidir.

Bankın öhdəlikləri də ilin əvvəli ilə müqayisədə 87,62 mln. manat kiçilməklə 275,66 mln. manat həcminə düşüb. Bunun da 178,26 mln. manatı depozit portfelidir.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər