26 C
Baku
Friday, April 19, 2024

Bank rəhbəri sabiq nazirin qardaşı oğlunun işində ifadə verdi

Dələduzluqda təqsirləndirilən tanınmış idmançı, K-1 döyüş növü üzrə məşqçi Rövşən Heybətovun məhkəməsi davam edib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin prosesdə şahid qismində “Zaminbank”ın müşahidə şurasının sədri olmuş Nurəddin İsmayılov bildirib ki, 1996-2015-ci illər arasında bankda çalışıb: “3 il qabaq banka Rövşən Heybətov gəldi. Rövşənin atası, əmisi dostumdur. Dedi, biznes qurur. O vaxt yanında Elnur Məmmədov da var idi. Bankdan pul köçürməsi etmək istəyirdilər. Mən də köməklik elədim. Sonra üstündən iki il keçdi. Bakı Şəhər Polis İdarəsindən zəng elədilər ki, Rövşən Elnurdan pul alıb vermir. Məndən həmin dövrdəki sənədlərlə bağlı soruşdular. Həmin günü Elton müəllim mənə zəng elədi. Dedi ki, məsələni həll edim. Mən də Rövşəni çağırdım yanıma. Oturduq söhbət elədik. Rövşən dedi ki, evimi satıb verəcəm. Həmin vaxt Elton müəllimə zəng elədim ki, pul ödənəcək. Rövşənin yaşadığı evi biz tikmişik. Onu satıb ödəyəcəkdi. Sonra aralarında yenə nəsə oldu. Rövşən evinin daha baha qiymətə olduğunu dedi. Aralarında razılıq pozuldu. Sonradan gündə min dəfə ordan-burdan zəng gəlirdi. Artıq yoruldum. Söhbətdən çıxdım”.

Qeyd edək ki, iş üzrə zərərçəkmiş şəxs sabiq nazir Ziya Məmmədovun qardaşı, sabiq deputat Elton Məmmədovun oğlu Elnur Məmmədovdur.

E.Məmmədov Bakı şəhər Baş Polis İdarəsinə müraciət edərək, Rövşən Heybətovun onun etibarından sui-istifadə edərək 100 min manat pulunu dələduzluq yolu ilə mənimsədiyini bildirib. R. Heybətov saxlanılaraq barəsində həbs qətimkan tədbiri seçilib və 5 ay həbsdə qaldıqdan sonra ev dustaqlığına buraxılıb. Hazırda azadlıqdadır.

E.Məmmədov işlə bağlı R.Heybətova 200 min dollar verərək Türkiyəyə göndərib. R. Heybətov orada avtomobil qəzasına düşüb və xəstəxanaya yerləşdirilib. Həmin zaman isə pulun üzərində olmadığını görüb. E. Məmmədov isə buna inanmayaraq R. Heybətovun pulu mənimsədiyini bildirib və polisə şikayət edib.

İstintaq tamamlandıqda isə R.Heybətov yekun olaraq 210min dollar mənimsəməkdə ittiham edilib.

Lakin istintaq və məhkəmə dövründə Rövşən Heybətov 148 min dollar pulu qaytarıb.

Onu da qeyd edək ki, Elnur Məmmədov “Best of the Best” promoşn qrupunun prezidenti olmaqla yanaşı, həmçinin, K-1-in Azərbaycan və Yaxın Şərq üzrə rəsmi nümayəndəsi olub.

MənbəLent.az
Son xəbərlər
Digər xəbərlər